Asif Mərzili: «İnanıram ki, KİVDF-nin yeni rəhbərliyi peşəkarlardan ibarət komissiyada seçilənləri seçəcək…»
Məlum olduğu kimi, Prezident yanında KİV-ə Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli vəzifəsindən kənarlaşdırılıb, onu Əhməd İsmayılov əvəzlyəib. Üstəlik, Hesablama Palatası KİVDF-də Dövlət vəsaitlərinin xərclənməsini araşdırıb və korrupsiya cinayətlərinə kifayət qədər şübhələr aşkarlandığından toplanmış material Baş Prokurorluğa göndərilib. Dünən isə məlumat yayıldı ki, Vüqar Səfərli hələlik 100 min manatı büdcəyə geri qaytarıb.
Bəs bu il jurnalistikamızın fəaliyyətində gözləntilər necədir? Fondun yeni rəhbərliyinin fəaliyyət istiqamətlərində hansı dəyişiklər gözlənilən və arzulanandır?
«Təzadlar»ın baş redaktoru Asif Mərzili ilə bu barədə danışdıq:
-Milli Mətbuat gününə az qalıb. Lakin jurnalistlərin təmiri başa çatdırılmış 3-cü binası ilə bağlı məlumatlar yoxdur…
-Məsələ ondadır ki, hazırda hamının başı keçmiş icraçı direktor Vüqar Səfərlinin dönəmində yığılıb qalmış problemlərin aradan qaldırılması ilə yanaşı, bu illər ərzində Fondun fəaliyyətinə olan itirilmiş inamın geri qaytarılması yollarının tapılmasına qarışıb. Bilirsiniz ki, V.Səfərlinin «icad» etdiyi həm mənzil almaq, həm də qəzetlərə maliyyə yardımının verilməsi ilə bağlı qondarma şərtlər böyük mübahisələrə yol açmış, ciddi narazılıqlara gətirib çıxarmışdır. Bunları hamı bilir, təkrarlamaq istəməzdim. Lakin təbii ki, Fondun indiki rəhbəri Əhməd İsmayılovun üzərinə böyük məsuliyyət düşür. O, həm V.Səfərlidən qalma nöqsanları aradan qaldırmalıdır, həm də yeni maliyyələşmə şərtlərini müəyyənləşdirməli, jurnalistlərə hansı qaydada mənzil təklif edilməsini qərarlaşdırmalıdır. Şəxsən inanıram ki, Əhməd müəllimin peşəkarlığı, ədalətliliyi qarşıdakı problemlərin həllində köməyi olacaq.
-Siz qəzetlərin maliyyələşməsi və mənzillərin paylanması şərtləri barədə danışdınız. Özünüz bu şərtləri necə görürsünüz? Necə olmalıdır?
-Uzun illər boyu hansı siyahı üzrə hansı qəzetlərə necə layihələr verilib və bu proses Prezident Administrasiyasından necə idarə olunub, hamı bilir… Bunlar keçmişdə qalsa da, bu günkü fəaliyyətimizə böyük əngəllər qoyub gedib. Təklifim belədir:
1.Qəzetlərə maliyyə yardımı ya birdəfəlik dayandırılmalı, bu vəsait kreditləşmə qaydasında verilməlidir. Ya da, bu vəsait qəzetlərin yalançı, şişirdilmiş tirajı, dövriliyi şərtləri ilə deyil, ictimai rəyə təsir edən yazılarına görə verilməlidir. Məsələn, adını onsuz da bilirsiniz, filan qəzet 3-4 min tiraj və ya 1-2 minlik yalançı, süni abunə ilə çıxırdı, əgər onun ölkə əhəmiyyətli bir problemi araşdıran, təkliflər verən məqaləsi yoxdursa, adi bir məmuru tənqid edə bilmirsə, bu qəzet kimə lazımdır? AzərTAC-ın gündəlik məlumatlarını çap edib ayda 20 min manatı hansı məntiqlə silmək olar??? Bu talamadır… Qoy qəzet lap 1000, 500 tirajla çıxsın, lakin onun elə məqaləsi ola bilər ki, ölkəyə səs sala bilər, rəsmi saytındakı hansısa yazısı Azərbaycan həqiqətlərini dünyaya çatdırmış olar. Və həm də təklif edirəm ki, Vüqar Səfərlinin bəhanəli şərtləri birdəfəlik arxivə verilsin. Məsələn, şərtin biri bu idi ki, adı Mətbuat Şurasının «qara siyahısına» salınmış KİV layihəyə buraxıla bilməz. Hansı ki, qəzetlər «qara siyahı»ya hansısa məmurları tənqid etdiyinə görə salınıbdır həmişə. Təbii ki, belə şərt qəzetləri tənqidi məqalələr yazmaqdan çəkindirirdi, qorxudurdu, bu isə yolverilməz haldır.
2.Mənzil məsələsi: indiyədək mənzil alanların təxminən 60-70 faizinin jurnalistikaya aid olmadığı, yaxud bir neçə mənzilinin olduğu və s. məlumdur. Təklif edirəm: əvvəllər redaksiyaların baş redaktorları özlərinə yaxın qohum-əqrabanın, katibənin və s. adını bu siyahıya saldırırdı, peşəkarlar, adamı olmayanlar qalırdı kənarda. Yaxşı olar ki, bu cür təqdimatlar aradan götürülsün. Hər bir jurnalist minimum 10 illlik peşə fəaliyyəti nəzərə alınmaqla, ərizə ilə birbaşa KİVDF rəhbərliyinə müraciət etsin. Fondda isə ölkədə tanınan, nüfuzlu, ədalətli sayılan 20-30 tanınmış jurnalistlərdən ibarət komissiya yaradılsın. Komissiyada müəyyənləşdirilsin ki, bu jurnalistə mənzil verilməlidir, ya yox. Bu onun haqqıdırmı, yaxud əksinə. Məsələn, kimsə 10 ildir hansısa bir qəzetdə işə girib, amma hansısa bir peşəkar yazısı, fəaliyyəti yoxdursa, ona mənzil vermək doğrudurmu? Qoy üzərində çalışsın, etimadı doğruldub növbəti dəfə mənzil alsın. 30-40 il jurnalistikada çalışıb tanınan jurnalisti qoyub belələrinə gəncdir deyə dərhal mənzil verilməsinin də tərəfdarı deyiləm. İkincisi və ən vacibi, Vüqar Səfərli şərt qoyurdu ki, filan yerdən arayış gətirin ki, adınıza mənzil yoxdur. Guya ki, mənzil verdiklərinin 3-4 mənzili yox idi. Nəticədə 30-40, bəlkə də 50 il əvvəl Sovet hökuməti dövründə 1-2 otaqlı mənzil almış və indi nəvələri ilə hələ də bu mənzildə yaşamağa məhkum olmuş jurnalistlər isə qaldı kənarda. V.Səfərli və ona bu şərtləri sırıyan bəllilər isə bilmək istəmirdilər ki, Prezident bu mənzilləri təkcə ehtiyaclılığa görə vermirdi, onun jurnalistlərə daha çox peşə fəaliyyətindəki xidmətlərinə görə hədiyyəsi idi. Məsələn, Xalq artistlərinə mənzil verilir. Bu o demək deyil ki, onların mənzili yoxdur. Sadəcə, təkrar edirəm, bu, Prezidentin hədiyyəsidir. Jurnalistikada da bu şərt nəzərə alınmalıdır.
3.Jurnalistlər arasında yazı müsabiqəsi: Vüqar Səfərlidən qalma mənfur şərtlər yolverilməzdir. Təkrarlamıram, elə şərt yalnız onun çevrəsindəkilərə sərf edirdi. Təklifim: hansısa süni istiqamətlər müəyyənləşdirmədən, ümumi yazı müsabiqəsi elan edilsin, yeganə şərt peşəkarlıq səviyyəsi götürülsün. Ekspertlərə isə Qurana və Konstitusiyaya and içdirilsin ki, ədalətli bal versinlər. Həmin məqalələr mətbuatda çap edilsin ki, ictimai ballılıq da görünsün, müqayisə edilsin. Ən yüksək bal almış, məsələn, 100 məqalə ballara uyğun qiymətləndirilib maliyyələşdirilsin. İndiyədək elə istiqamətlər və yazı mövzusu verilirdi ki, sən ölkədən kənara çıxa və yaza bilmirdin. Və ancaq tərifləməli idin. Prezident məmurları tənqid edir, KİV-lər isə susur! Gülməli idi… Məsələn, ola bilər hansısa jurnalist xarici ölkələrin birinə ezam olunub Azərbaycanın adını ucaldan bir səsli-küylü yazı yazacaq. Niyə bunun qarşısı alınsın? Ötən 10 il ərzində Azərbaycan sərhədlərini keçən yazıya rast gəlmisiniz? Yəqinki yox. Amma, tərif kimi çıxmasın, «Təzadlar»ın əməkdaşlarının məqalələri Türkiyədə, ABŞ-da, Ukraynada, Rusiyada… nəşr olunub. Təkcə rektor Ə.Muradovun, ondan əvvəl ABU rektoru E.Abdullayevin doktorluq dissertasiyaları ilə bağlı Ukraynadan və Rusiyadan hazırladığımız araşdırma yazılarımızı hamı bilir. Hər iki ölkənin Təhsil Nazirlikləri bizə minnətdarlıq məktubu yazıblar. Amma Vüqar Səfərli bizi bu yazılara görə uzun illər sanksiya ilə üz-üzə qoyub ki, niyə rektorların əleyhinə yazı yazmısınız. Bu təfəkkürlə jurnalistikanın inkişafına dəstəkdən danışmaq olarmı?
-Sonda istəkləriniz?
-Ümid ən sonda ölür. İnanıram ki, Prezident yanında KİV-ə Dəstək Fondunun yeni rəhbərliyi itmiş ümidlərin özümüzə qaytarılmasında əlindən gələni edəcək, mövcud problemlərin həllinə nail olacaq…
Dinlədi: Mahmud Məmmədl
(«Pravdainfo.org)

araz.az xəbər portalı.