“Palmali” şirkətinin qurucusu Mübariz Mənsimovun işi ilə bağlı 27-ci İstanbul Ağır Cəza məhkəməsinin hakimi ona təqdim edilən iddianaməni və dəlilləri qəbul edib.
bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.
O bildirib ki, məhkəmə bu ilin sentyabr ayının 15-nə təyin edilib.
“Türkiyə məhkəməsinin qanunları qarşısında boynumuz ipdən də incədir. Nəticədə son sözü uca türk ədaləti deyəcək. “Palmali” olaraq uca Türk ədalətinə güvənir və inanırıq!” – F.Quliyeva qeyd edib. \\PravdaA
araz.az xəbər portalı.