WhatsApp Image 2020-06-30 aq.jpgPaytaxtın Nəsimi rayonundakı Nəsib bəy Yusifbəyli küçəsi, 48, 50, 52, 54, 56, 58, 60, Abbas Səhhət küçəsi, 45, 47, 49, 51, 53, 55, 57… ünvanlarında yerləşən həyət tipli yaşayış evlərinin olduqca narahat və narazı mülkiyyətçilərinə qarşı, “pilot layihə pərdəsi” altında həyata keçirilən və heç bir qanun çərçivəsinə sığmayan özbaşınalıqlar barədə, ölkə mətbuatı ilə bərabər, araz.az xəbər portalı da, düz dörd ildir ki, yazılar dərc edir. “Pilot layihə pərdəsində” həmin mülk sahiblərinin həyatlarına müdaxilə etməyi bacaran icra başçısı Asif Əsgərov, Fovqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun bir qrup məsul işçisi, eləcə də onların qılığına girməyi bacaran “Gloria Palace” Mənzil-Tikinti Kooperativinin təsisçi və payçıları böyük rezonans doğuran həmin yazıların əsas mənfi qəhrəmanlarıdır. Yazılarda xüsusi olaraq onu vurğulamışıq ki, pilot layihə gündəmə gələndən, özüylə bir ətək problem gətirib və cəmiyyətin çözülməz bir bəlasına çevrilib. Paytaxtda hara baxsan, bu yeni “xəstəliyin” təzahürləri hiss olunur. Eynən, yuxarıda göstərdiyimiz ünvanlardakı kimi. Bu evlərdə yaşayanlardan elələri var, bu bəla onları da yataq xəstəsinə çevirib, ağır pandemiya keçirən xəstələrtək ayağa belə dura bilmirlər. Axı, başqa cür də ola bilməz, çünki, halalca ata-baba mülkü başına uçurulan heç kimin ürəyi bu dəhşətə tab gətirmir!
Bir daha xatırladaq ki, Nəsimi rayonundakı həmin mülklərin narahat sahibləri həmin yazılarda başlarına oyun açan həmin şəxsləri bağışlanmaz ciddi ittihamlarla “yıxaraq, sürüyüblər”. Ən dəhşətlisi odur ki, mülk sahiblərinin özləri icra başçısı Asif Əsgərovun, “Gloria Palace”-nin təsisçilərindən və payçılardan biri olan, hal-hazırda MTK-nın qanuni təmsilçisi “rolunu məharətlə ifa edən” Hikmət Hüseynovla dostluq və iş birliyi əlaqələrini ortaya çıxara biliblər.

Bu azmış kimi, onu da ortaya çıxarıblar ki, Hikmət Hüseynov da, onun MTK-da təsisçi və payçı olan qardaşları da əvvəl işlədikləri vəzifə postlarında yaxşı əməlləri ilə xatırlanmırlar. Hətta Hikmət Hüseynov “Bəhrə” MMC-nin rəhbəri olanda, etdiyi qanunsuz və xoşagəlməz əməllərinə görə, âğır maddələrlə həbsdə də olub.
Bütün bunlara baxmayaraq, “Gloria Palace”-nin rəhbərləri — Hikmət Hüseynov və Asif adlı digər şəxs Asif Əsgərovun qılığına elə girə biliblər ki, başçı bu istiqamətdən verdiyi sərəncamlarını saya salmayan həmin mülkiyyətçiləri ağlagəlməz iddialarla Nəsimi rayon Məhkəməsinə də verib.
Məhkəmə prosesi narahat mülkiyyətçilərə ədalət baxımından yaxşı heç nə verməyib. Həmin məhkəmə predmeti və prosesin gedişi barədə ötən yazılarımızda ətraflı söhbət açmışıq. Xüsusi olaraq onu da vurğulamışıq ki, başçı mülkiyyətçilərin boğazlarını Hikmət Hüseynovun əlinə keçirəndən, onların “günləri göy əskiyə bükülüb ”. Hikmətin və Asifin özlərinin və ətraflarındakı adamların heç bir qanun çərçivəsinə sığmayan kobud hərəkətləri ucbatından, sakinlər, artıq dörd ildir ki, halal evlərində belə gecə sakit yata bilmirlər. Bir sözlə, onların, pilot layihə adıyla törətdikləri qanunsuzluqlar və özbaşınalıqlar, artıq, Nəsimi rayonunda pik həddindədir.
Böyük təhlükələr törədən qorxulu koronavirus pandemiyası dövründə də, adlarını yuxarıda çəkdiyimiz qorxulu insanlar yenə də meydandadırlar.
MTK rəhbərləri icra başçısı Asif Əsgərova arxalanaraq, pilot layihə adıyla, artıq neçə vaxtdır ki, Abbas Səhhət küçəsi, 53, 55, 57 ünvanlarında yaşayan mülkiyyətçilərə qarşı, Bəxtiyar və Emin adlı maklerlərlə özbaşınalıqlarını yenə davam etdirməyə başlayıblar. Hətta

WhatsApp Image 2020-07-01 at 12.32.37.jpg

“Olympus Park” tikinti şirkətinin rəhbər şəxsləri və digər adamları ilə birlikdə, mülk sahiblərinin üstünə “qoçu dəstəsi” kimi getməkdən də çəkinmirlər. Özləri də, yalandan belə deyirlər ki, guya, icra hakimiyyətinin vasitəsi ilə aldıqları bu yerləri, artıq, həmin şirkətə satıblar. Ən dəhşətlisi odur ki, belə xoşagəlməz hadisələr zamanı, polislər də, həmin tikinti maxinatorlarını dəstəkləyir, sakinlərə hədə-qorxu gəlirlər.
Yenə də, narahat mülkiyyətçilərin döymədikləri rəsmi idarə qapısı qalmayıb. Amma, nə faydası, hər yerdən ümidsiz geri qaytarılıblar. İndi isə, göz görə-görə haqları tapdanan bu sakinlərin kömək üçün üz tutacaqları rəsmi bir ünvan da qalmayıb. Onlar məcburiyyətdən bu qərara gəliblər ki, sərtləşdirilmiş pandemiya günləri qurtarandan sonra, birbaşa Prezident Administrasiyasına doğru kollektiv yürüş etsinlər.
Bir daha qeyd edək ki, göstərilən ünvanlardakı evlərin böyüklü-kiçikli bütün sakinlərinin bu günkü gərginliklərinə də, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının “ağına-bozuna baxmadan” imzaladığı 21 oktyabr, 2016-cı il tarixli, 196 saylı Sərəncam əsas səbəb olub. Mülk sahiblərinə heç bir xəbərdarlıq olmadan, hansı yollasa verilmiş belə sərəncamlar, nəinki burada, eləcə də rayon ərazisindəki digər ünvanlarda yerləşən fərdi evlərin saysız-hesabsız sahiblərinə ağrılı günlər yaşadıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 fevral, 2016-cı il tarixli 86 saylı Qərarına əsaslandırılmış həmin sərəncamlarla, müxtəlif ünvanlardakı mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının, o cümlədən qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün, həmin torpaq sahələrini icarə əsasında istifadələrinə götürmüş “Gloria Palace” kimi, heç bir MTK-nın işi də sakinlərin ürəyincə olmayıb. Ağıllarına gələni edən həmin MTK rəhbərləri də – Hikmət Hüseynov kimi – narahat və narazı mülk sahiblərinə həmişə bu sözləri deməkdən çəkinməyiblər: “Kimə nə deyirsiniz deyin, nə edirəm, əcəb edirəm, hamısını razı salmışam, mənimlə bacarmazsınız”. Elə, bu səbəbdəndir ki, konstitusiyon hüquqları kobud şəkildə tapdalanıb, pozulan mülk sahiblərinin şikayətlərinə heç bir rəsmi ünvanda baxan tapılmır: Hər yerdə: “Bizlik deyil!” – deyən kreslo sahibləri, sanki onların ağızlarına tərs şillə vururlar. İstədiklərini edənlərə “ruh verən” isə, rayonun səlahiyyət sahibləri və onların “ağına-bozuna baxmadan” imzaladıqları qərar və sərəncamlardır.
Əlimizdə belə özbaşınalıqların və qanunsuz hərəkətlərin təsdiqi olan faktlar da çoxdur. Araşdırma apardığımızdan, bu yazıda onların hamısını verməyə ehtiyac duymadıq. Oxucularımıza indi təqdim edəcəyimiz foto materiallar isə, onların bir hissəsidir. Bir sözlə, dünən Abbas Səhhət küçəsi, 53, 55, 57 ünvanlarında çəkilən bu foto-şəkillər orada yaşayan sakinlərin dərd-sərlərinin daha bir əksidir və onların başlarına gətirilən müsibətlərdən bəhs edir. Ağrılı olsa da, baxın və görün ki, indi halal evlər belə, pilot layihə pərdəsində sahiblərinin başlarına necə uçurdulur. Vicdan və ədalət kriteriyaları baxımından, nəticəni özünüz çıxarıb, qiymətini də özünüz verin!..
Biz isə, araz.az xəbər portalı olaraq, həmin sakinlərin Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladıqları şikayət xarakterli son müraciətlərini, nöqtə və vergulünə toxunmadan, dərc etməyi lazım bildik:
“Möhtərəm, canab Prezident!
Yazıb Sizə bildirmək istəyirik ki, pandemiya dövründə də, bizim yaşadığımız ərazidə özbaşınalıq baş alıb gedir. “Olympus Park” şirkəti “Gloria Palace” kooperativinin adından istifadə edərək, Sizin qoyduğunuz qanunlara zidd hərəkətlər edir, sakinləri incidirlər. Belə ki karantin zamanı yuxarıda qeyd olunan şirkətlər evlərimizdə yaşaya-yaşaya söküntü işləri apararaq, bizi, hədsiz dərəcədə narahat edirlər. Burada fəaliyyət göstərən həmin tikinti şirkətlərinin işçiləri nə ağbirçək, nə uşaq, nə yaşlı tanımır, öz çirkin niyyətlərini qorxub, çəkinmədən həyata keçirirlər.
Cənab Prezident, Azərbaycan vətandaşı olaraq, biz, onlardan haqqımızı və mülkiyyət hüquqlarımızı tələb edirik!
Onlara söyləyirik ki, bu yöndən ölkə başçının qoyduğu qanunlara zidd hərəkətlər edirlər. Prezidentimiz olaraq, Siz də, dəfələrlə demisiniz ki, vətəndaşları narazı yola salmaq və incitmək heç bir tikinti şirkətinin haqqı deyil. Sizə bildirmək istəyirik ki, 2016-cı ildə Nəsimi rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov “Yaşayış və qeyri-yaşayış binanalarının layihələndirilməsi haqqında” 196 saylı, 21 oktyabr 2016-cı il tarixli sərəncamı “Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 85 saylı 25 fevral 2016-cı il tarixli Nazirlər Kabinetinin Qərarını əsas tutaraq, bizim ərazini də söküntü və tikinti sahəsinə saldı. Lakin başçının bu kobud qərarını sakinlər narazılıqla qarşıladı. Bu səbəbdən, sakinlərin əksəriyyəti narazılıqlarını bildirdilər. Belə ki, sözü gedən 85 saylı Nazirlər Kabinetinin Qərarında qeyd olunub ki, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq, onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləndirilməsinə şəraitin yaradılmasını həyata keçirməlidirlər. Eyni zamanda, qeyd etmək istərdik ki, Nazirlər Kabinetinin 85 saylı Qərarı 17 dekabr 2019-cu ildə Nazirlər Kabinetinin 482 saylı Qərarına əsasən ləğv olunub və bu səbəbə görə də, “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 196 saylı, 21 oktyabr 2016-cı il tarixli Sərəncam bu gün etibarsızdır. Nazirlər Kabinetinin 482 saylı Qərarına məhəl qoymadan, “Olympus Park” şirkəti “Gloria Palace” kooperativ şirkəti ilə birlikdə, pandemiyanın dünyada tüğyan etdiyi bir vaxtda, öz çirkin əməllərindən geri qalmır, söküntü işlərini davam etdirirlər.
Hörmətli Cənab Prezident!
Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının qarantı kimi, bizim hüqumuzu və əmlakımızı “Gloria Palace” kooperativi və “Olympus Park” şirkəti tərəfindən törədildən özbaşınalıqdan qorumağınızı Sizdən xahiş edirik!

HÖRMƏTLƏ,
Bakı şəhəri Nəsimi rayonu Abbas Səhhət küçəsi, 53, 55, 57 ünvanlarında yaşayan sakinlər:
1. Ağalarov Bakir Qafar oğlu.
2. Ağalarov Bəhruz Bakir oğlu.
3. Ağalarova Səringül Qafar qızı.
4. Əhmədov Dilqəm Yaqub oğlu.
5. Ələkbərov Mansur Abbas oğlu.
6. İdrisov Elsevər İdris oğlu.
7. Kazimova Ofelya İsa qızı.
8. Əmirxanov Şəhvələd Əmirxan oğlu.
9. İsmayılov Faiq Həmid oğlu.
10. Məmmədov Sabir Cəbrayıl oğlu.
11. Məmmədov Tural Sabir oğlu.
12 Museyibova Mətənət Kalvayı qızı.
13. Suleymanov Mirzəli Əbulfaz oğlu.
14. Hidayatov Aydın Allahverdi oğlu.
15. Bruder Natalya Georgiyevna.
16. Kazımov Möhübbət Məmməd oğlu.
17. Quliyeva Solmaz Allahverdi qızı.
18. Cəbrailova Gülşəndə Bilal qızı.
19. Qədiməliyeva Sevda Gülməmməd qızı”.
Biz isə, jurnalist araşdırmalarımızı davam etdirib, bu özbaşınalıqların getdikcə daha da çoxalmasına münbit şərait yaradan səlahiyyət sahiblərinin qanunsuz əməllərini ortaya çıxarmağa çalışacağıq. Yazılarımızı izləyin.

[bt_slider uid=”1593592238-5efc49aec9545″ target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2020-06-30 at 19.05.31.jpg” title=”WhatsApp Image 2020-06-30 at 19.05.31.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2020-06-30 at 19.05.28.jpg” title=”WhatsApp Image 2020-06-30 at 19.05.28.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2020-06-30 at 19.05.25.jpg” title=”WhatsApp Image 2020-06-30 at 19.05.25.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2020-06-30 at 19.07.14.jpg” title=”WhatsApp Image 2020-06-30 at 19.07.14.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2020-06-30 at 19.06.23.jpg” title=”WhatsApp Image 2020-06-30 at 19.06.23.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2020-06-30 at 19.05.23.jpg” title=”WhatsApp Image 2020-06-30 at 19.05.23.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2020-06-30 at 19.06.00.jpg” title=”WhatsApp Image 2020-06-30 at 19.06.00.jpg” link=”” parent_tag=”slider”][/bt_slider]

Səməndər QURBANOV,
araz.az saytının xüsusi müxbiri.

araz.az xəbər portalı.