zerdab01.jpg2019-cü ilin noyabr ayında dövlət başçısının sərəncamı ilə Mərdan Camalzadə Zərdab rayonuna icra başçısı təyin edildi. Keçən bu müddət ərzində Zərdabda nə dəyişdi. Faktiki olaraq rayona səfərimiz zamanı qarşılaşdığımız mənzərələr, virtual olaraq apardığımız araşdırmaları uzlaşdırmağa çalışdıq.

Bakı şəhərindən Zərdab rayon mərkəzinə qədər olan məsafə 271 kilometrdir. Rayonda 85 Qarabağ müharibəsi əlili, 118 şəhid ailəsi, 844 nəfər məcburi köçkün var. Əhalisi son statistik məlumatlara əsasən 59 min 142 nəfərdir.

Zərdaba getmək üçün iki istiqamətdən magistral yol var. Bir yol Bakı-Qazax magistral yolundan Kürdəmir rayonu ərazisi ilə İmişli rayonu istiqamətindəndir. Uzun illər baxımsız halda olan bu yol son bir neçə ay ərzində əsaslı təmir edilib. Yüksək texnoloji standartlara cavab verən bu magistral yoldan istifadə etməklə Zərdab rayon mərkəzinə çatmaq mümkündür. Həm yolda hərəkət sıxlığının azlığı, həm də yolun qısa olması yerli əhalinin hərəkət imkanların ı xeyli yüksəldib. Açığı uzun illər Zərdab rayonuna gedib gəlməyimizə baxmayaraq yolsuzluğun nə qədər ciddi problem olduğundan bəndəniz də əziyyət çəkirdi.

Zərdab necə dəyişir?

Yeni təmir edilmiş yolun üzərində Zərdabın 10-dan çox kəndi yerləşir. Bu kəndlərin əhalisinin də əsasən kənd təsərrüfatı və maldarlıq olduğunu nəzərə alsaq o zaman texnikanın də hərəkəti də xeyli rahatlaşıb. Eyni zamanda infrastrukturun yenilənməsi, nəticə etibarilə də yeni təmir olunan yolun üzərində yerləşən kənd sakinlərinin biznes və xırda ticarət imkanlarını da yüksəldib.

Yolboyu diqqətimizi çəkən başqa bir məqam da oldu. Yeni yolun ətrafındakı içməli və təsərrüfat suları üçün istifadə olunan kanallar təmizlənərək yenidən dərinləşdirilib. Kür çayından bu kanallara ötürülən su, həm əkin sahələrinin suvarılmasını, həm də əhalinin içməli suya olan təlabatını ödəmək üçün əlverişli imkanlar yaradıb.

Düşünməyin ki, yolboyu müşahidə etdiklərimiz bununla bitdi. Gördüyümüz daha bir fakt yol kənarındakı əkin sahələrinin qurunt sularından təmizlənməsi üçün qazılmış, zərdablılar arasında “şorlama” kimi adlandırılan drenlər də qazılaraq təmizlənib. Bu da əkin sahələrinin erroziyaya uğramasının qarşısını alır.

Kəndlərin demək olar ki, hamısında əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün sutəmizləyici qurğular istifadəyə verilib. Ən son rəsmi məlumatlara əsasən rayon ərazisində qurulmuş 33 modul tipli su təmizləyici qurğular vasitəsi ilə rayonun bütün yaşayış məntəqələri içməli su ilə təmin edilir. Rayonun 16 kəndində tikilmiş bulaqlarda cari təmir işləri aparılb.

Şəhərin R.Kərimov küçəsində, Bayraq meydanı ərazisində, 15-ci və 27-ci məhəllələrində və Təzəkənd kəndində içməli su xətlərində təmir işləri aparılmış, abonentlərə 29 ədəd su sayğacı quraşdırılıb, əhali sektorunda istehlak olunmuş suyun dəyəri 103,8 faiz ödənilib. Bu çox asanlıqla Zərdab Rayon İcra Hakimiyyətindən əldə etdiyimiz son statistik məlumatlardır.

Rayonda yaşayış məntəqələrinin qazlaşdırılması da yüksək sürətlə davam edir. Bu sadəcə gördüklərimizdir. İstər Ucar rayonu istiqamətindən, istərsə də Kürdəmir rayonu istiqamətindən Zərdab istiqamətində hərəkət edən zaman demək olar ki, 35-dən çox kənd və qəsəbə ərazisində qaz boruları, mənzillərdə sayğaclar gördük. Bu isə Zərdabda qazlaşdırma işlərinin yüksək səviyyədə həyata keçirildiyi qənaətini yaratdı.

Və topladığımız rəsmi məlumat da diqqətimizi çəkdi.

– “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonun Bəyimli qəsəbəsinin qazlaşdırılması başa çatdırılmış və 2019-cu ilin noyabrında qəsəbə sakinlərinin mənzilləri təbii qazla təmin edilmişdir. Beləliklə artıq rayonun 42 yaşayış məntəqəsindən 38-i (90,5 %) qazlaşıb. Qaz təminatının yaxşılaşdırılması məqsədilə şəhərin Şəhriyar, S.Mahmudov, M.Hüseyn və digər küçələrində təmir işləri aparılıb, Məlikumudlu, Çallı, Şahhüseynli, Burunlu, Otmanoba və Əlvənd kəndlərində korroziyaya uğramış qaz xətləri dəyişdirilərək yerüstü çəkilməsi təmin edilib.

Rayon üzrə 72 abonentə yeni tipli qaz sayğacı quraşdırılıb, əhali tərəfindən istehlak olunmuş təbii qazın dəyəri 103,1 faiz ödənilib. Yeri gəlmişkən ölkə üzrə həm “Azərişıq”ın, həm də “Azəriqaz”ın hesabatlarında Zərdab rayonu istehlakçılar tərəfindən istifadə olunan elektrik enerjisi və təbii qazın dəyərinin 100 faizdən yüksək ödəyən qabaqcıl rayonlardan biridir.

Zərdaba doğru hərəkət edən zaman kənd sakinləri ilə də qısaca söhbətlərimiz oldu. Əhalinin ən çox istəklərini dinlədik. Rayon ərazisi ilə ətraf kəndlər arasında məsafənin uzaq olması, bankomatların azlığından şikayət edirdilər. Yeri gəlmişkən rayonda iki bankın filalları vasitəsilə pensiya, əmək haqqı və digər sosial ödənişlər həyata keçirilir. “Kapital Bank” ASC-nin Zərdab filialı Zərdab şəhəri, Heydər Əliyev prospektində, “Beynəlxalq Bank”ın Ağdaş filialının Zərdab rayon nümayəndəliyi
Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşir. Hazırda kənd əhalisi rayon mərkəzinə getməklə bağlı bir sıra çətinliklərlə üzləşdiyindən ucqar kəndlərdə də bankomatların qoyulması üçün müraciət edirlər. RİH-dən aldığımız məlumata əsasən problem yaxın zamanlarda həll ediləcək. Hər halda yerli bank filallarının rəhbərləri ilə bu istiqamətdə danışıqlar da aparıldığını öyrəndik.

Bir neçə gün öncə diqqətimizi çəkən bir xəbəri dəqiqləşdirdik. Zərdabın iki kəndində Məlikumudlu və İsaqbağı kəndlərində tibb məntəqəsi üçün yeni binalar istifadəyə verilib. Xəbəri sosial şəbəkə və rəsmi internet saytlarından əldə etdik. Gerçəkdən də bütün dünyanı ağuşuna alan bu pandemiya dövründə, ölkəmizdə aparılan yüksək səviyyəli mübarizə tədbirləri çərçivəsində belə bir layihənin icra olunması sevindirici bir haldır.

Zərdab necə dəyişir?
Zərdab necə dəyişir?
Zərdab necə dəyişir?

Rayon mərkəzində qarşılaşdığımız mənzərə daha heyrələndirici idi. Cəmi iki il öncə Zərdabın mərkəzinə səfərimiz zamanı dağılmış təmirsiz yollar, səliqəsiz və baxımsız parklardan əsər-əlamət yox idi. Küçələr hər gün təmizlənir. Səhər saatlarında rayonun əksər küçə və prospektlərində təmizlik işləri aparılır. Öyrəndik ki, DOST MMC tərəfindən ictimai işlərə cəlb edilən reyon sakinləri yolların, küçə və prospektlərin təmizlənməsi, parklarda yaşıllıqlara qulluq və təmizlik işlərinə cəlb ediliblər. Bu həm rayonda yeni iş yerlərinin açılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, həm də qeyd etdiyimiz abadlıq, təmizlik işlərinin genişmiqyas almasına yönəlib.

Zərdab necə dəyişir?
Zərdab necə dəyişir?
Zərdab necə dəyişir?
Zərdab necə dəyişir?
Zərdab necə dəyişir?
Zərdab necə dəyişir?
Zərdab necə dəyişir?

Mərdan Camalzadənin Zərdab rayonuna icra başçısı təyin edilməsindən sonra uzun illərdir ki, müşahidə etmədiyimiz bir məqam diqqətimizi çəkdi. İH ictimayyət üçün əlçatan, rahat əməkdaşlıq edilməsi mümkün olan bir rayona çevrilib. Məsələn Zərdab RİH-nin sosial şəbəklərdə hər kəsə açıq olan aktiv səhifləri fəaliyyət göstərir. Facebook sosial şəbəkəsində – https://www.facebook.com/Z%C9%99rdab-Rayon-%C4%B0cra-Hakimiyy%C9%99ti-388433977916315/ bu ünvandan istifadə etməklə həm yerli sakinlər, həm də istənilən şəxs anbaan yenilənən səhifədən istifadə edə bilər. Və ya youtube sosial şəbəkəsində Zərdab haqqında bilgilər əldə etmək üçün zəngin baza yaradılmağa da başlayıb.

Əlbəttə dövlət başçısı Cənab İlham Əliyevin elektron hökumət sisteminin inkişaf etdirilməsi ilə bağlı yerli icra strukturları qarşısında qoyduğu tələblərə yetərincə əməl edilməsi baxımından bu çox yaxşı nümunədir. Zərdabda İctimai Şuralar, Könüllülər Hərəkatı ilə bağlı da Dövlət Başçısının qoyduğu tələblər yüksək səviyyədə yerinə yetirilir. Bu barədə İH-nin rəsmi internet səhifəsində açıq və ətraflı bilgilər də yer alıb (http://zerdab-ih.gov.az/page/64.html).

Nəhayət ölkəmizin bir rayonu haqqında cəmi iki il əvvələ qədər olan bütün neqativ təəsuratlarımız yox oldu. Əlbəttə ki, rayonun bir sıra problemləri də var. Lakin etiraf edək ki, yerli icra hakimiyyətləri əhaliyə xidmət göstərirsə, hər kəsə açıq şəkildə işləyirsə, bu o deməkdir ki, cari olan problemləri həll etmək o qədər də çətin deyil. Şablon olsa da sonda yazaq ki, iş varsa çətinlik də var, problem də. Lakin vacib olan onları həll etmək üçün məmurla vətəndaş həmrəy olmaqda maraqlı olsun. O zaman osmanlılar demişkən gerisi təfərrüatdır…

R.Cavadlı
Bakı-Zərdab-Bakı

araz.az xəbər portalı.