Bu proseslərdə ən çox müzakirəyə çıxarılan, ən çox birgə hərəkət edilən, ən çox ortaqlıq qazanan məqam Dağlıq Qarabağ problemi olduğundan, respublikaçılar daha AKTİVDİRLƏR
Sübut ƏSƏDOV,
AZƏRBAYCAN RESPUBLİKAÇILAR PARTİYASININ SƏDRİ.
Şahidi olduğumuz son olaylarda və dövlət səviyyəsində görülən əksər işlərdə Dağlıq Qarabağ probleminin önəmli yer tutması artıq öz lazımi effektini verməkdədir. Baxmayaraq ki, bu münaqişənin arxasında Rusiya kimi hegemon bir ölkə durur və problemin əsas səbəbkarı Ermənistan məsələ ilə bağlı müstəqil qərar verə bilmir.
Məlum olduğu kimi, iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından mövqelərimizi atəşə tutdular. Görülən adekvat tədbirlər nəticəsində, şanlı ordumuz düşmənə ağır zərbələr endirdi və daşnak tör-töküntüləri ciddi itkilər verərək, geri oturduldu. Bütün bunlar, Azərbaycan Respublikaçılar Partiyasının coxminlik ordusuna böyük vətənpərvərlik ruhu verdi — hamı bir nəfər kimi, düşmənlə davaya ruhlandı. İndi hamı düşmənlə vuruş üçün ön cəbhəyə getməyə hazırdır. Yetər ki, bu barədə cənab Ali Baş Komandanın bir göstərişi olsun!
TORPAQ UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDİR!
Müdafiə Nazirliyinin verdiyi rəsmi məlumata görə, işğalçı Ermənistan ordusu Tovuz rayonu istiqamətində təxribat törədərək, ağır artilleriyadan mövqelərimizi intensiv atəşə tutub. Qəhrəman, igid, vətənpərvər əsgər və zabitlərimiz isə, düşmənə sarsıdıcı zərbələr endirərək, işğalçı ölkənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib. Bu gərginlikdə xalqımız da Ali Baş Komandanla və Milli Ordumuzla, Sərhədçilərimizlə bərabər olduqlarını bir daha nümayiş etdiriblər. Nəticəsi isə, göz qabağındadır — srtıq düşmənə sarsıdıcı zərbələr vurulub və bu, heç kəsə sirr deyil! Bu, həm də ona işarədir ki, işğal olunmuş əzəli torpalarımızın — Qərbi Azərbaycanımızın azad edilməsi üçün illərdi olan gözləntimizi və istəyimizi artıq Silahlı Qüvvələrimiz reallaşdırmaq üzrədir.
Məhz belə qəhrəmanlıqlarına görə, həmişə Səninlə qürur duyuruq, Azərbaycan Ordusu! Artıq düşməni məhv etməyin vaxtıdır, Böyük Allah yardımçın olsun!
Möhtərəm cənab Prezident İlham Əliyev demişkən: “Qarabağ — Azərbaycandır!”
Bəli, Möhtərəm Prezidentimizin dediyi o Nida İşarəsini reallaşdırmağın əsl vaxtıdır!
Uğurlar Sənə Azərbaycan əsgəri, qələbə sevincini gözləyirik!
Allah Şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin! Çünki torpaq uğrunda ölən varsa, onda, Vətən olur!
ERMƏNİ HƏRBÇİLƏRİNİN NÖVBƏTİ TƏXRİBAT CƏHDLƏRİ, ONLARI BUNA ÇƏKƏN SƏBƏBLƏR VƏ… — TEZİSLƏR
— İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib;
— Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib;
— Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib;
— Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə Toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edib;
— Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub;
— Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı, erməni hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür;
— Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb;
— Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb;
— Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq;
— Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur;
— Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti, indi də, məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər;
— Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar;
— İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq, torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi;
— Bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar;
— Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər;
— Buna görə də, bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır;
— Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir!
ÖZ ÖNƏMLİ TƏŞƏBBÜSÜ İLƏ, DÖVLƏTİMİZİN RƏHBƏRİ, BMT TARİXİNDƏ BİR İLKƏ İMZA ATIB
İnanırıq ki, müzakirələr nəticəsində, Qarabağ problemi həll olunmasa da, heç olmasa bəşəriyyəti koronavirus pandemiyasının əlindən xilas edə biləcək önəmli qərarlar veriləcək. Çünki bu yöndən Azərbaycan Respublikasının rəhbəri də, öz önəmli təşəbbüsü ilə, BMT tarixində bir ilkə imza atdı. Konkret olaraq, Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə, bu quruma üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edildi. Bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT-yə üzv dövlətlər tərəfindən dəstəkləndi. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etdi. Konkret olaraq, bu bir tarixi hadisə oldu.
Ümumiyyətlə, BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdi. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağırılmışdı. Lakin Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq, dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Bir sözlə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atdı. Bilirsiniz ki, ölkə başçısının bu təşəbbüsü BMT-yə üzv olan ölkələr tərəfindən ciddi şəkildə dəstəkləndi. Bu təşəbbüsü dəstəkləyən ölkələr arasında BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər dövlətlər yer almışdı. TŞ-nin daimi üzvü Rusiya Federasiyası da həmin ölkələr sırasındadır. Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz müsahibələrində bu barədə məlumat da verdilər. Rusiya tərəfi Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirdi və xüsusi sessiyanın təşkili istiqamətində əməkdaşlığa hazır olduğunu bildirdi.
BMT Baş Assambleyasının artıq mart ayından etibarən pandemiya ilə əlaqədar öz fəaliyyətini dayandırıb. Bu baxımdan, dünyanın çoxsaylı problemlərinin müzakirəsi üçün yeni bir formatda sessiyaların keçirilməsinə böyük ehtiyac duyulurdu. Bu yeni formatın ideya müəllifi kimi də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi. Pandemiya şəraitində BMT, ümumiyyətlə, bu il rəsmi olaraq toplaşmaya bilər. Bu halda sual olunur ki, bəs, dünyada mövcud çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim məşğul olmalıdır?! BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platformadır. Bəşəriyyətin BMT-dən böyük gözləntiləri var. Pandemiya kimi qlobal problemin müzakirəsi ilə bu qlobal təşkilat bəs niyə məşğul olmur?! Belə bir çətin dövrdə kim qlobal liderliyi öz üzərinə götürməlidir?! Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və müvafiq açıqlamalar verir. Lakin bu təşkilat məsələnin yalnız səhiyyə aspekti ilə məşğuldur. Bəs, məsələnin siyasi, iqtisadi, sosial və digər aspektləri niyə yaddan çıxır?!
Bəşəriyyətin BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur. Əgər indiki anda BMT görünmürsə, bəs, bu problemlə kim məşğul olacaq?! Məgər, BMT-dən böyük hansısa təşkilat var?! Bu mənada, hazırda BMT-yə inam, təşkilatın etibarlılığı ciddi imtahan qarşısındadır. Ümid edirik ki, Xüsusi Sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün, artıq, Xüsusi Sessiyanın keçirilməsi təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilib.
BMT çərçivəsində virtual formatda belə bir önəmli tədbirin keçirilməsi, əlbəttə, bir yenilikdir. Lakin BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydalarının olmaması prosesi dayandırmalı və ya ləngitməli deyil. Aydındır ki, qaydalar önəmlidir, lakin yeni reallıq şəraitində BMT də buna uyğunlaşmalı və çevik reaksiya verməlidir. Hazırda bəşəriyyət İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üzbəüz qalıb. Buna görə də, BMT özünün prosedur qaydalarının girovuna çevrilərək, bu irimiqyaslı qlobal problemin həllindən kənarda qalmamalıdır. Belə qlobal təhdidlər şəraitində BMT vəziyyətə adekvat reaksiya verərək, prosedur qaydalarını dəyişdirmədən (bu uzun vaxt apara bilər) müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında Xüsusi Sessiyasını keçirməlidir. Artıq virtual formatda yüksək səviyyəli tədbirlərin keçirilmə təcrübəsi formalaşıb. Belə ki, Böyük Yeddilik və Böyük İyirmilik kimi nüfuzlu təsisatların görüşləri məhz bu formatda keçirilib. Yəni texniki imkanlar mövcuddur, sadəcə, siyasi istək və iradə olmalıdır. İndiki anda bütün dövlətlərdən çeviklik, kompromis ruhunda əməkdaşlıq tələb olunur. Təbii ki, burada başlıca məsuliyyət Təhlükəsizlik Şurasının üzvlərinin üzərinə düşür.
Pandemiya dövründə artıq Azərbaycan bir sıra önəmli tədbirlərin virtual formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub. Belə ki, cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında, dövlət və hökumət başçıları səviyyəsində sammitləri keçirildi. Pandemiyanın yaratdığı maneələrə cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı oldu. Azərbaycan videokonfrans vasitəsilə Xüsusi Sessiyanın təşkil olunması ilə bağlı formatın və modallıqların müəyyənləşdirilməsi, Xüsusi Sessiyanın sonunda mümkün qətnamənin qəbul edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa hazırdır. Azərbaycan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil edilməsi üçün də, BMT-yə texniki sahədə dəstək verməyə hazırdır.
Ümidvaram ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində, nəhayət ki, BMT öz rəsmi fəaliyyətini bərpa edərək, pandemiya ilə mübarizə kimi önəmli qlobal məsələnin müzakirəsini apara biləcək. İnanırıq ki, bu müzakirələr nəticəsində bəşəriyyəti bu pandemiyanın əlindən xilas edə biləcək önəmli qərarlar veriləcək.
Belə olmasını hamımız gözləyirik. Çünki koronavirus pandemiyası da, bizim üçün, Qarabağ münaqişəsi kimi, arzuolunmaz bir problemdir və hər ikisinin həllini vacib bilirik.
araz.az xəbər portalı.