Azərbaycan — Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində 2020-ci ilin iyul ayının 13-nə keçən gecədən erməni ordusu tərəfindən atəşkəs rejiminin pozulması və bu xüsusda hərbi əməliyyatların davamlı xarakter alması xaricdə yaşayan soydaşlarımıza da təsirsiz ötüşməyib. Bu gərgin və həssas məqamda doğma Vətəndən uzaqda olan həmvətənlərimizin ətraflarında birləşdikləri aparıcı və ictimai rəyə təsir göstərən diaspor təşkilatları cəbhədə baş verən olaylara daha çox diqqət yetirməkdədirlər. Onlar əsasən öz bəyanat və müraciətləri ilə, düşmən tərəfindən başlayan təxribat nəticəsində dövlət sərhədimizin Tovuz rayonu sahəsində gedən döyüşləri, Ermənistanın növbəti təxribatının nəticəsi kimi qiymətləndirir və doğma torpaqlarımıza düşmən təcavüzünün acı fəsadları barədə əldə etdikləri məlumatların rəsmiləşdirilib, yayılmasına daha çox üstünlük verirlər. Adları Rusiyadakı fəal diaspor qurumlarımız arasında öndə çəkilən, mərkəzi ofisləri Federasiyasının böyük regionlarından biri olan Novosibirsk vilayətinin mərkəzi Novosibirsk şəhərində yerləşən Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyası və Türkdilli Xalqlarla Slavyan Xalqları arasında “Sodrujestvo” (“Əməkdaşlıq”) Fondu İdarə Heyətlərinin üzvləri bu günlərdə yaydıqları birgə Bəyanatlarını da, bu məqsədlə veriblər.
Həmin qurumların qurucusu və rəhbəri, Rusiya və Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair¬publisist, fəal diasporçu Mirkazım Seyidovun imzası ilə araz.az-a daxil olan çağırış xarakterli bu Bəyanatda da, Tovuzda baş verən son olaylar Ermənistanın ölkəmizə qarşı davam edən növbəti təxribatının və təcavüzünün nəticəsi kimi qiymətləndirilir: “Qarabağ münaqişəsində qanlı toqquşmalara yol verilməməsi naminə atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı qanlı təxribatlar törətməsi artıq pis adət halını alıb. Ermənistanın Azərbaycana qarşı növbəti təxribatını əsas münaqişə zonası olan Dağlıq Qarabağ bölgəsindən kənar sərhəd zonasında törətməsi, birbaşa, bu işğalçı dövlətin məkrli və çirkin çox niyyətindən xəbər verir. Əsas odur ki, başqalarının əllərində həmişə oyuncaq olan bu riyakar millət, yenə də, artıq dünyanın qəbul edib, hesablaşdığı, gündən günə isə, daha qüdrətli və nüfuzlu bir dövlətə çevrildiyi üçün doğma Azərbaycanımızı gözü götürməyən xarici havadarlarının fitvası ilə, bizim Vətənimizdə qarışıqlıq yaratmaq, lazım olan anda dövlətimizi müharibəyə cəlb etmək, bundan sonra isə, görünməyən çığır-bağırla dünya dövlətlərini məzlum erməni xalqının xilasına dəstək kampaniyası yaratmaq niyyətindədir. Həm də riyakar erməni hakimiyyəti Ermənistanda gedən neqativ proseslərin, yaranan siyasi və iqtisadi böhranların pis nəticəsi olaraq bu təxribatı törədirlər. Erməni rəhbərliyi birinci dəfə deyildir ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı belə ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır, bütün dünyada baş verən belə fövqaladə vəziyyətlərdən həmişə öz məkrli niyyətləri üçün istifadə edir.
Özü-özünü dolandıra bilməyən və indiyədək daha çox Rusiya şirkətləri tərəfindən idarə olunan, borcu büdcəsindən çox, milli iqtisadiyyatı isə, yox səviyyəsində olan bu günkü Ermənistanın başında duran və öz xalqını təhlükəli koronavirus pandemiyasından qoruya bilməkdə aciz olduğunu ortaya qoyan Paşinyanın diktatura rejimi də, məhz ağır epidemioloji vəziyyətdən və sosial-iqtisadi sıxıntılardan cana doymuş xalqının qəzəbindən yayınmaq üçün yenidən fəallaşaraq, hərbi təxribatlara əl atmaqdan belə çəkinmir. Bir daha qeyd etmək istəyirik ki, bizə qürur və böyük ruh verən doğma Azərbaycanımızın davamlı olan artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyasının uğurları və bütün bunların məntiqi nəticəsi olaraq, dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edən səbəblərdir. Konkret desək, dünya iqtisadiyyatının süni koma vəziyyətinə gətirilməsinin səbəbkarı olan koronavirus pandemiyasının kəskin yayıldığı olduqca gərgin indiki dövrdə Azərbaycanda sosial-iqtisadi modelin uğurlu olaraq qalması da, bu qisasçı rejimin gözünün götürmədiyi həmin səbəblərin ən başlıcası oldu. Elə, insanları yuxarıda göstərdiyimiz bütün problemlərdən uzaqlaşdırmaq üçün də, Ermənistan hakimiyyəti yenə həyasızcasına belə bir addım atdı — “gözə kül üfürmək” üçün ona müharibə lazım idi! Belə yanlışlıqların təsadüfi olmadığı həmişə göz qabağında olub və onu törədənlərin belə məkrli niyyətlərini açıq-aşkar ortaya qoyub: Dünya, nəhayət ki, erməni təxribatlarının, bu təxribatların arxasında duran Ermənistan siyasi hakimiyyətinin artıq neçə illərdir bölgədə sülh və sabitliyə qarşı ən böyük təhlükəyə çevrildiyini görə bilir”.
Bəyanat müəllifləri xüsusi olaraq onu da vurğulayırlar ki, günahsız mülki insan tələfatları ilə müşayiət olunan, bölgədə gərginliyin, qarşıdurmanın və müharibə təhlükəsinin artmasını birbaşa hədəfə alan erməni təxribatlarının cilovlanması üçün dünya birliyinin, beynəlxalq təşkilatların, ələlxüsus, Qarabağ münaqişəsində vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun səslərini ucaltmalarının, təcavüzkarın yerində oturdulması üçün ən təsirli addımlar atmalarının vaxtı çoxdan çatıb: “Bütün bunlar rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmadığının, bu barədə BMT, Avropa İttifaqı və Avropa Şurasının, eləcə də ATƏT-in və onun Minsk Qrupu kimi təşkilatının təkliflərinə məhəl qoymadığının, hətta koronavirus pandemiyası dövründə belə BMT Baş katibinin qlobal atəşkəs rejiminə əməl olunması haqqında çağırışına da əhəmiyyət vermədiyinin əyani sübutudur.
Məhz bu saymamazlığa görədir ki,
Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik digər 7 rayonunu, otuz ildən çoxdur ki, qanunsuz olaraq işğal altında saxlamaqdan, işğalçı qüvvələrin ərazimizdən dərhal və tam olaraq çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələrini indiyə kimi yerinə yetirməməkdən çəkinmir. Bu
işğalçı ölkənin belə qanunsuz hərəkətlərinə beynəlxalq təşkilatlar, ələlxüsus, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiya tərəfindən adekvat qiymət verilmədiyindən cəzasızlıq mühiti yaranır və bu da, Ermənistanı daha çox təxribatlar törətməyə, beynəlxalq hüquq norma və prinsiplərini davamlı olaraq pozmağa cəsarətləndirir. Elə, Azərbaycanın Tovuz rayonundakı hərbi məntəqələrinə Ermənistan tərəfindən edilən hücumlar da, bu cəzasızlığın daha bir pıs nəticəsidir. Dəhşət ondadır ki, bu işğalçı ölkə təkcə hərbi məntəqələrə hücumla kifayətlənmir, hətta dinc əhalinin sıx yaşadığı kəndlərə artilleriya və ağır çaplı silahlardan atəş açır, mülki şəxsləri yaşadığı evin içində qətlə yetirməklə bərabər, kənd sakinlərinin əmlaklarına da ciddi ziyan vurur. Ermənistanın bu saymamazlığının ən pis nəticəsi isə odur ki, Qarabağ münaqişənin sülh və danışıqları yolu ilə həlli istiqamətində Azərbaycanın xoş niyyətli səyləri indiyədək heç bir nəticə verməyib. İşğalçı ölkə isə, hamısı qana köklənən öz bildiklərini etməyə, hər vəchlə sülhə köklənən danışıqları uzatmağa, onun müəyyən edilən formatını dəyişməyə, status-kvonu da olduğu kimi saxlamağa çalışır.
Biz, Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları olaraq, dünya birliyinə və beynəlxalq təşkilatlara bir daha müraciət edir, onları, Ermənistanın törətdiyi hərbi təxribatlara adekvat qiymət verməyə və bu işğalçı ölkənin doğma Vətənimizə qarşı təcavüz və zor tətbiq etdiyinə görə cəzalanması üçün, beynəlxalq hüquq normaları çərçivəsində təsirli tədbirlər görməyə çağırırıq”.
Birgə Bəyanatın müəllifləri onu da qeyd edirlər ki, imzaladıqları bu sənəddə göstərdikləri, artıq zərurətdən yaranan bir müharibə çağırışlarıdır. Çünki bu işğalçı ölkə, Qarabağ münaqişəsi zonasından kənarda olan Tovuz rayonunun ərazisinə təcavüz etməklə, Azərbaycana bir daha
böyük şans verib — müharibəyə başlamaq şansı: “Bunun adı müharibədir və artıq ondan qaçmamalıyıq! Əgər düşmən generalımızı şəhid edirsə, Ali Baş Komandanımız tərəfindən heç nəyə baxmadan döyüş əmri verilməlidir. Biz də, artıq, bu döyüşə tam hazırıq! Xaricdə yaşayan və bütün nüfuzlu diaspor təşkilatlarında birləşən soydaşlarımızı da bu istəyimizi dəstəkləməyə çağırmışıq. Və onların arasında, — tutduğu vəzifədən və imkanından belə asılı olmayaraq, — bu çağırışımıza hay verməyən də qalmayıb.
Biz, belə başa düşürük ki, 2016-cı ilin aprel ayında baş verən döyüşlər yenidən təkrarlanacaq və bir daha ermənilərin heç bir yalvarışına Azərbaycan məhəl qoymayıb, öz halal torpağını tezliklə mənfur düşmən tapdağından xilas edəcək. Çünki qüdrətli Azərbaycan Ordusu çoxdandır ki, hər an öz halal torpaqlarını azad etmək əzmindədir və bunun üçün Ali Baş Komandanın əmrini gözləyir. Və biz də bu əmrə tam hazır olduğumuzu bir daha bəyan edirik. Ermənilər atəşkəs rejiminin nə olduğunu başa düşmürlərsə, yaqin ki, Azərbaycan onları başa salmaq məcburiyyətindədir. Çünki biz kiminsə ərazisini işğal etməmişik və öz qüdrətli ordumuzla bərabər, nəinki düşməni yerinə otuzdurmağa, hətta torpaqlarımızı qısa zamanda azad etməyə hazırıq. Tam əminik ki, Ermənistanın vassal, terrorçu və işğalçı olduğunu, bu xoşagəlməz missiyasını yerinə yetirməkdə yalnız müəyyən havadarlarına arxalandığını artıq bütün sülhsevər ölkələr bildiyindən, bu dəfə onların köməyinə, özləri kimi pis niyyətli olan havadarları belə çata bilməyəcək. Məhz əlimizə düşən bu böyük şansa görə də, biz, öz tərəfdarlarımızla və bütün xalqımızla birlikdə Ali Baş Komandanın ətrafında birləşdiyimizi, bütün qüvvəmizlə onun siyasətini dəstəklədiyimizi, döyüş əmrinə tam hazır olduğumuzu, başlayacaq bütün savaşlarda onun arxasında olub, ordumuzun ön cərgəsində şir kimi vuruşacağımızı bir daha bəyan edirik:
“Çox hörmətli cənab Prezident! Sizin qətiyyətinizə və düşmənə niifrətinizə bələd olduğumuzdan, səbirsizliklə əmrinizi gözləyirik. Çünki millətimizi erməni kimi şərəfsizin töhmət və qınağından qurtarmağın vaxtı çoxdan çatıb. Sizi bir daha əmin edirik ki, bu müharibədə Böyük Qələbə bizim olacaq — haqq işə görə vuruşduğumuz üçün! Torpaqlarımızı işğaldan azad etməkdə Böyük Yaradan Sizə, Ordumuza və Xalqımıza yar olsun!”.
Rüfət RƏHMANOĞLU,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.