Umud-mirzeyev.jpgMilli Mətbuatımızın 145 İllik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayıb. Sərəncamda jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması məsələsi də yer alıb. Sərəncamla bağlı əməkdaşımıza açıqlama verən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Mirzəyev ölkə prezidenti cənab İlham Əliyevə əcnəbi jurnalistlərin mükafatlandırılması barədə müraciət etdiyini də bildirib. “Uzun illərdir ki, ölkəmizə təmənnasız xidmət edən, səsimizi yüksək tribunalardan səsləndirən çoxsaylı əcnəbi jurnalistlərlə əməkdaşlıq edirik. Ermənistanın Azərbaycana qarşı işgalçılıq siyasəti, Dağlıq Qarabağda və ona bitişik ərazilərdə baş verən və bu gun də davam edən talanlar həm də bu insanların göstərdikləri böyük fədakarlıqlar sayəsində beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmış və çatdırılmaqdadır. Müstəqillik əldə etdiyimiz ilk illərdə xarici jurnalistlərin ölkəmizə səfərləri əksər vaxtlarda şəxsi münasibətlər və təşəbbüslər hesabına reallaşırdı. Ölkəmizə səfər edən həmin jurnalistlər çox vaxt öz həyatlarını təhlükəyə atır və tez-tez də erməni lobbisi tərəfindən güclü təzyiqlərə məruz qalırdılar. Hesab edirəm ki, həmin insanlar xalqımız və dövlətimiz tərəfindən hər cür sayğıya və mükafata layiqdirlər.

Bu gün ölkəmiz beynəlxalq media ilə əməkdaşlıq sahəsində xeyli nailiyyətlərə imza atıb. Beynəlxalq medianın diqqətini cəlb etmək üçün uğurlu layihələr icra edilir. Heydər Əliyev Fondunun beynəlxalq media qurumları ilə peşəkar əməkdaşlığını, çoxsaylı tanıtım layihələrini, “Xocalıya Ədalət” kampaniyası və digər təşəbbüslərini xüsusi qeyd etmək istərdim”, deyə Umud Mirzəyev bildirib. Daha sonra O, sözlərinə davam edərək qeyd edib ki, BAMF-ın fəaliyyətinin əhəmiyyətli bir hissəsini əcnəbi jurnalistlərlə əməkdaşlıq təşkil edir. “Biz hələ 90-cı illərin əvvəllərindən başlayaraq ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin obyektiv işıqlandırılması üçün jurnalistlərin, yazarların, vətəndaş fəallarının, xalq diplomatlarının, parlament üzvlərinin, beynəlxalq ekspertlərin münaqişə bölgəsinə, zərərçəkmiş və işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərlərini təşkil etmişik. Səfərdə olan insanların arasında dünyada tanınan, nüfuz sahibi olan Yuriy Pompeyev, Aleksey Sukanov, Boris Qolovin, Yevgeni Mixaylov, Andrey Edokov (Rusiya), Riçard Lapaytis (Litva), Modris Auzenş, Tatyana Çaladze (Latviya), Uli Rotfus (Almaniya), Arye Qut (İsrail), Malik Ayub Sumbal (Pakistan), Şuxrat Barlas (Özbəkistan), Cim Klensi, Piter Teys (ABŞ), Adel Dərviş (Böyük Britaniya), Andraş Biro (Macarıstan), Sami Əl-Hac, Hazem Abuvafta, Ziyad İbrahim (Əl Cəzirə, Qətər) kimi jurnalistlərin, ictimai xadimlərin adlarını qeyd etmək istərdim”, deyə Umud Mirzəyev bildirib.
Bu insanların hər birinin hazırladığı reportajın, yazı və məqalələrin beynəlxalq mediada ciddi təsirə malik olduğunu bildirən U. Mirzəyev əcnəbi jurnalistlərin gördüyü işlərlə bağlı bir neçə faktı bizimlə bölüşüb. “Məlum idi ki, 2016-cı il aprel hadisələrində işğalçı erməni hərbi qüvvələri fosforlu mərmilərdən istifadə etmişdirlər. Bunu isə onlar qətiyyətlə inkar edirdilər. O, zaman Əl-Cəzirə televiziyasında dostlarımızın sayəsində ermənilərin istifadə etdikləri həmin mərmilərin diplomatik nümayəndələrin iştirakı ilə zərərsizləşdirilməsi əməliyyatı dünyaya yayımlandı. Ölkə rəhbəri aprel döyüşlərindən dərhal sonra 2016-cı ilin may ayında İstanbulda keçirilən Dünya Humanitar Sammitində düşmənin bu mənfur hərəkətini yüksək tribunadan beynəlxalq ictimaiyyətə bəyan etdi”.
“Və yaxud Xocalı faciəsinin, Qarabağda baş verənlərin canlı şahidi Riçard Lapaitis haqda danışmaq istəyirəm. Biz onunla 90-cı illərin əvvəllərindən əməkdaşlıq edirik. Xocalı faciəsinə həsr olunan və Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Sonsuz Dəhliz” filmində onun gördükləri, bildikləri lentə alınıb. O, bu filmin baş qəhrəmanıdır. Xocalı faciəsinin canlı şahidi olmuş, bu haqda yazılar yazmış, reportajlar hazırlamış azsaylı jurnalistlərdəndir. Film dünyanın 100-dən yuxarı ölkəsində nümayiş etdirilmiş, müxtəlif kino festivallar tərəfindən təltif edilmişdir. Bu filmə baxan hər kəs münaqişə haqda əsl həqiqətlərdən təsirlənmiş olur. Ötən il Litvada Druskininkay şəhərində filmin təqdimatının iştirakçısı oldum. Auditoriyada olan yüzə yaxın insan filmə baxdıqdan sonra oranı göz yaşları ilə tərk etdilər. Digər tanınmış bir jurnalist, ictimai xadim hal-hazırda İsraildə yaşayan, əslən Azərbaycandan olan Arye Qut təkcə keçən 3 il ərzində dünyanın ən nüfuzlu ingilisdilli qəzet və jurnallarında, aparıcı xəbər portallarında Azərbaycana erməni təcavüzü ilə bağlı 50-dən yuxarı yazının müəllifidir. Məhz onun sayəsində İsrailin və dünyanın yəhudi əsilli jurnalistlərinin böyük əksəriyyəti Azərbaycanın haqq səsinin dünyaya yayılmasına dəstək olur”.

[bt_slider uid=”1595068204-5f12cf2c399e3″ target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2020-07-18 at 04.05.10.jpg” title=”WhatsApp Image 2020-07-18 at 04.05.10.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2020-07-18 at 04.05.03.jpg” title=”WhatsApp Image 2020-07-18 at 04.05.03.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2020-07-18 at 04.05.08.jpg” title=”WhatsApp Image 2020-07-18 at 04.05.08.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2020-07-18 at 04.05.04.jpg” title=”WhatsApp Image 2020-07-18 at 04.05.04.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2020-07-18 at 04.05.07.jpg” title=”WhatsApp Image 2020-07-18 at 04.05.07.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2020-07-18 at 04.05.05.jpg” title=”WhatsApp Image 2020-07-18 at 04.05.05.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2020-07-18 at 04.05.02.jpg” title=”WhatsApp Image 2020-07-18 at 04.05.02.jpg” link=”” parent_tag=”slider”][/bt_slider]Kitabları ilə, məqalələri ilə erməni terrorizmi, daşnakların azərbaycanlıların başına gətirdikləri müsibətləri, erməni yalanları haqda yazıları dünyaya yayan Şuxrat Barlas, Orta Asiyada böyük bir hərəkatın müəllifidir desəm, yanılmaram. Onun sayəsində Qarabağla bağlı, Azərbaycanla bağlı həqiqətlər türk dünyasında və postsovet məkanında ciddi marağa səbəb oldu.
Bu jurnalistlərin və adlarını çəkə bilmədiyim digər media işçilərinin fədakar əməyi sayəsində Azərbaycanın haqq səsi, Qarabağ münaqişəsi, erməni terrorizmi ilə bağlı həqiqətlər dünyanın müxtəlif ölkələrinə yayıldı. Son günlər ermənilərin Tovuz istiqamətində törətdiyi təxribat hadisələri, belə məsələlərin beynəlxalq medianın diqqətinə çatdırılmasının əhəmiyyətini aktuallaşdırır”, deyə Umud Mirzəyev bildirib.
“Uzun müddətdir xarici media nümayəndələri ilə əməkdaşlıq edən, ölkəmizi tanıtmaq naminə geniş tərəfdaşlıq imkanlarına sahib BAMF-ın rəhbəri olaraq hesab edirəm ki, sərəncamın ölkə jurnalistləri ilə yanaşı, Azərbaycanın yanında olan xarici jurnalistlərə də şamil olunması bizim əcnəbi həmkarlarımızın fəaliyyətinin daha da təşviq edilməsinə, eləcə də ölkəmizin beynəlxalq media tribunalarında mövqeyinin daha da güclənməsinə səbəb olardı. Bu insanlar Azərbaycanın mövqeyini təmənnasız olaraq bütün kürsülərdən, bütün tribunalardan çıxış edərək yorulmadan, heç kimdən çəkinmədən müdafiə etmişlər”, deyə BAMF prezidenti açıqlama verib. “O baxımdan da, Azərbaycanı təmənnasız sevən, ölkəmizə dostluq münasibəti bəsləyən, ağrı-acılarına şərik olan xarici jurnalist həmkarlarımızın mükafatlandırılması üçün Ölkə Rəhbərinə müraciət etdik”, deyə BAMF prezidenti vurğulayıb. “İstərdik ki, Ölkə Prezidentimizin bu humanist və diqqətəlayiq sərəncamı beynəlxalq jurnalistlərə də şamil olunsun. Onlar da ölkəmizin diqqət və qayğısından faydalansınlar”, deyə Umud Mirzəyev bildirib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqtisadi-Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan BAMF BMT qurumları, Beynəlxalq Mətbuat İnstitutu (IPI), Beynəlxalq Sülh Bürosu (IPB), Beynəlxalq Jurnalistlər Federasiyası, dünyanın tanınmış media qurumları ilə, həmçinin Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası (ECRE), habelə dünyanın nüfuzlu insanları, beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.