8a7a4a89 74cb 47db a3ee 4ed1126d9ebf
  

 

                               DEPUTAT NƏSİB MƏHƏMƏLİYEV: “Bunun müsbət nəticələrini mütləq görəcəyik!”

ABŞ Konqresi Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal faktını tanıdığı barədə mətbuatda önəmli yazılar gedir. Həmin yazıların əsas mövzusu belədir ki,  ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edib. Hətta Birləşmiş Ştatlar Paşinyana Azərbaycan torpaqlarını qaytarmaq üçün 180 gün vaxt verib. Mediada yayılan həmin xəbərlərin mövzusu ətrafında ortaya çıxan sual isə, belə olur: “İndi düşmənin cavabı nə olacaq?“.Doğrudan da, ABŞ Konqresinin bu qərarı Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət nəticələrin əldə edilməsinə yardımçı ola bilərmi?
araz.az xəbər portalına daxil olan məlumata görə, konkret.az saytı da bu mövzunu deputat Nəsib Məhəməliyev ilə davam etdirib. O, sayta açıqlamasında bildirib ki, Tovuz istiqamətdə gedən döyüşlər Ermənistanın işğalçı dövlət olduğunu bir daha sübut edib:
“Bizim üçün önəmli olan Dağlıq Qarabağ və ətraf 7 rayonun işğaldan azad edilməsidir, Ermənistana heç vaxt ərazi iddialarımız olmayıb. Baxmayaraq ki, indiki Ermənistan keçmiş İrəvan xanlığın üzərində qurulub. Biz əvvələ nəzər salsaq görərik ki, Avropa Parlamentinin Cənub Qafqaz üzrə məruzəçiləri ilk dəfə bəyanatla çıxış edərək işğal faktını təsdiq etdilər. ABŞ Konqresində müzakirə olunan məsələlərin bir çoxu ermənipərəst konqresmenlər tərəfindən hazırlanmışdı. Çox xoş haldır ki, konqres nəinki bu layihəni qəbul etmədi, eyni zamanda ermənilərin əleyhinə olaraq 296 saylı qanuna 2 düzəliş əlavə etdi. Bu baxımdan Azərbaycanın Dağlıq Qarabağ və işğal olunan digər regionların azad edilməsi üçün əlavə hüquqi bir əsas yaradır. Çünki qəbul olunmuş qərarda açıq şəkildə işğalçının adı çəkilir. Burada məsələ təkcə Azərbaycanla bağlı deyil. Ümumilikdə Azərbaycan Moldova, Gürcüstan və Ukrayna ilə bağlı 91-cı ildən bu günə kimi işğal olunmuş ərazilərin və məcburi köçkünlərin vəziyyəti ilə bağlı Dövlət Departamentinə, Müdafiə Komitəsinə tapşırıq verildi ki, Konqresə məlumat hazırlasınlar. 180 gün ərzində bu məlumatlar hazırlanmalıdır. Hesab edirəm ki, bu məlumatlar təqdim olunandan sonra Azərbaycan dövləti məcburi köçkünlərin öz torpaqlarına qayıtması və işğal olunmuş torpaqlarımızın geri qaytarılması məsələsini qaldıra biləcək. ABŞ Konqresində qəbul olunan qərar olduqca vacibdir. Bunun müsbət nəticələrini mütləq görəcəyik”.              

araz.az xəbər portalı.