ef35cc80 020e 486f 8244 5d465be89f2bBirinci Bina Müharibəsinin üstündən 7 il keçir. Həmin vaxt əsgərlər (jurnalistlər) mükafat aldı, amma məğlubiyyətə görə. Mediada “vətəndaş savaşı”nın qalibi olanlar ölkədə dövlətçilik savaşı aparan əsgərlər üzərində qələbə qazandılar. Bir çox hallarda! Qələmini silaha çevirməyi bacaran, döyüşən bir neçə əsgər-jurnalistlərimiz istisna! Dövlət əsgərlərə mənzilləri qələbə üçün verməyi niyyət etmişdi. Olmadı! Dövlətçiliyi dərmə-deşik etdiklərinə görə usanmayıb yıxaraq, vuraraq, öldürərək, dişləyərək, didərək, parçalayaraq məğlub etdikləri dövlətin mənzilini aldılar. 
İkinci Bina Müharibəsinin üstündən 3 il keçir. Yenə də bir neçə canlı şəhid olan əsgər jurnalistlər istisna! Bu dəfə artıq dövlətlə jurnalistlər arasında savaşın ləkəli bayrağı göyə qaldırılmışdı, şüarlar da vardı. Xalqın məyusluğu bir tərəfdə, dövlətin könüllü məğlubiyyəti digər tərəfdə… Dövlətə, əxlaqa, vicdana, şərəfə qarşı kimliyi üfunət qoxuyan ləkəli bayraq sahibi olan əsgələr! Bu dəfə də döyərək, şərləyərək, tapdalayaraq məğlub etdikləri dövlətin mənzilini aldılar. 
Üçüncü Bina Müharibəsinə hazırlıq gedir. Bu, son döyüşdür! Ya dövlət ləkəli, acgöz, “ziyalı” libası geyinən oyunbaz, mədə niyyətli, riyakar, ömrü parçalamaqla keçən yırtıcılara könüllü məğlubiyyətdən boyun qaçıracaq, ya da ədalətli qərar verib belələrini əvvəldən məğlub etmiş olacaq. Ya bundan sonra həqiqi düşmən cəbhəsində səngərlər də boş qalacaq, ya da dövlət öz əsgərlərini o səngərə bayraq kimi sancacaq.  Dövlətin bünövrəsini sökə-sökə gedirlər. Niyyətiniz təmiz, şəffafdırsa, naqislərə qələbə fürsəti verməyin. Dövləti məğlub olmağa qoymayın, cənablar!  Samir FEYRUZOV.
 
5e018f92 7d98 425b aa62 8fb3e4819e80
 
 
 

araz.az xəbər portalı.