thumb600x0“Məsələni silah həll edəcək, Azərbaycanın vətən müharibəsinə hazırlanması prosesi davam etdirilməlidir”

Qərb ölkələrində ermənilərin azərbaycanlılara qarşı təxribatları davam edir. Azərbaycanda, regionda və dünyada bu istiqamətdə diqqətçəkən hadisələr baş verir.

“Azsiyasət.com” Azərbaycanın sabiq Baş naziri, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin baş verənlərlə bağlı fikirlərini öyrənib:

– ABŞ-da, Belçikada, Moldovada və digər ölkələrdə ermənilərin azərbaycanlılara qarşı təxribatları davam edir, ermənilər soydaşlarımıza xəsarətlər yetirirlər. Artıq bu gecədən etibarən bizim soydaşlarımız da Rusiyanın müxtəlif şəhərlərində ermənilərdən qisas almağa başlayıblar. Bu baş verənlərə münasibətiniz necədir?

– Mən bu məsələdə azərbaycanlıları haqlı hesab edirəm. Bizim torpaqlar işğal olunub, insanlarımız qətlə yetirilib. Vətənimizdən uzaqda yaşayan soydaşlarımızın həmin ölkələrin qayda-qanunlarına uyğun olaraq keçridikləri aksiyaları təqdir edirəm, onarın bu hərəkətlərindən qürur duyuram. Əlbəttə ki, düşmənin də bu təxribatlarına uymayıb haqlı mübarizəmizin haqlı metodlarla davam etdirilməsinin tərəfdarıyam. Söhbət ölkənin xaricində yaşayan soydaşlarımızdan gedir, bu mənada bizim dövlətin konstision borcudur ki, dövlətin soydaşlarımızın müdafiəsinə qalxısn. Mənim şəxsən yanaşmam bundan ibarətdir ki, biz bu məsələni elə şəkildə aparmalıyıq ki, həmin ölkələrdə ictimai rəy bizim xeyirimə olsun. Amma üstümüzə gəlib bizimlə vuruşanın da cavabını vermək lazımdır.

– Bütün bu baş verənlərdən sonra danışıqlar prosesindən nə gözləyirsiniz?

– Danışıqlar prosesinin də, silahlı qüvvələrin də öz funksiyası var. Danışıqların həqiqətən də artıq bir sıra forma və istiqamətlər baxımından mənasız olduğu və sadəcə düşmənin vaxt udması göz qabağındadır. Məlumatlar daha çox dövlət orqanlarının əlindədir. Amma mənə elə gəlir ki, bir sıra məsələlər üzrə atəşkəs rejiminin bu şəkildə davam etdirilməsinə ehtiyac yoxdur. Minsk formatında aparılan danışıqların səmərəsizliyi, gərginliklərə səbəb olması göz qabağındadır və müəyyən addımlar atılmalıdır. Danışıqlardan imtina etmək də olduqca riskli bir məsələdir. Azərbaycan ictimaiyyətinin də danışıqların səmərəsizliyi haqqında və Minsk formatının effektsiz olması ilə bağlı rəyi dünyanın diqqətinə çatdırılmalıdır. Burda heç bir gizli bir məsələ yoxdur. Belə görünür ki, məsələni silah həll edəcək. Azərbaycanın vətən müharibəsinə hazırlanması prosesi davam etdirilməlidir.

– Azərbaycan hakimiyyətinin baş verənlərə bağlı reaksiyası qənaətbəxşdirmi?

– Açığı deyim ki, son hadisələr zamanı açıq-aydın şəkildə psevdo-çevriliş məsələsinin gündəmə gətirilməsi, diqqətin düşmənlərdən yayındırılaraq daxili siyasi mübarizəyə yönləndirilməsi bütün cəmiyyətdə həm çaşqınlıq yaratdı, həm də bütövlükdə  məyusluğa səbəb oldu. Bu şəkildə davam edərsə, əlbəttə ki, ciddi fəsadlar olacaq. Qarabağ məsələsi siyasi münasibətlərin fövqündə durmalıdır. “Heç bir halda hakimiyyətə gəlmək üçün və eyni zamanda da, hakimiyyətdə qalmaq üçün bu məsələdən istifadə olunmamalıdır” prinsipinə əməl olunmalıdır. Bu həm müxalifət, həm də iqtidara aiddir. Baxmayaraq ki, iqtidar bu vaxta qədər öz opponetlərini bu məsələdə ittiham edirdi, amma son hadisələr göstərdi ki, hakimiyyət dairələri artıq Qarabağ məsələsini daxili siyasi münasibətlər müstəvisinə gətirir və bundan istifadə edir. Mən də daxil, bir sıra siyasi partiyalar hərbi əməliyyatlar zamanı dövlətin, prezident İlham Əliyevin atacağı addımları müdafiə edəcəyimizi bildirmişdik.  Buna baxmayaraq, təəssüf ki, biz əks münasibəti müşahidə elədik. Dövlət, torpaq, bu vətən bizimdir. Şühəsiz, siyasi partiyaların bu istiqamətdə verdiyi bəyanatlar hələ də qüvvəsində qalır. Hakimiyyətdə kimin olmasında asılı olmayaraq, bu mövqə dəyişməzdir. Mən Azərbaycan müxalifətinin mütləq əksəriyyətinin mövqeyini bu şəkildə gördüm.

– Sizcə, siyasi mühacirlər nə üçün azərbaycanlıların ermənilər əleyhinə dinc aksiyalarına niyə qoşulmurlar?  

– Siyasi mühacirlərdən bir neçə nəfər bu proseslərdə özünü çox pis apardı. Bu barədə heç danışmaq istəmirəm. Amma ümumən həmin aksiyalarda  siyasi mühacirlər də iştirak etdilər. Mən müşahidə elədim, tanıdığım şəxslər var. Tanınmış bir neçə internet fəallarının orda olmamasına görə belə bir fikir yürütməyin əleyhinəyəm. Mühacir təkcə müxalifətdən ibarət deyil ki… Eyni həmrəyliyi orda da gördüm. Xaricdə yaşayan azərbaycanlıların əksəriyyəti bu məsələdə özünü doğrultdu. Onların içərisində bu hakimiyyətə müxalif olan şəxslər də var.

– Baş verənlərlə bağlı Rusiyanın mövqeyini necə qiymətləndirisiniz?

– Rusiya Ermənistanın hərbi müttəfiqidir. Bizə rus silahı ilə atəş açıblar. Baxmayaraq ki, indi Azərbaycanın üçün rus düşmənçiliyi xətti götürmək düzgün olmazdı. Bu, maraqlarımıza cavab vermir. Amma bu məsələdə Rusiyanın kimin tərəfində olduğu bəllidir. Mən şəxsən hesab edirəm ki, elə etmək mümkündür ki, Rusiya torpaqlaırmızın azad olunması üçün xalqımızın, dövlətimizin bu istiqamətdəki əzmkarlığı ilə barışsın. Bunun qarşısını almağın mümkün olmadığını qənaətinə gəlsin.

S.Feyruzov 

 

araz.az xəbər portalı.