11.jpg


Dünya Kuboku ilə birgə dünən ölkəmizdə olmuş Kristyan Karanbö Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşündən danışıb.


 

Araz.az xəbər verir ki, Fransa millisi ilə dünya və Avropa çempionu olmuş qonaq ölkə başçısı ilə futbol haqda söhbət etdiklərini bildirib:

“O, futbolu çox sevir. Prezidentiniz idmanı dəyərləndirən bir şəxsdir. Onunla dünya kubokunun simvolik rolundan danışdıq. Bilirik ki, bu kuboka ancaq dünya çempionları və ölkə başçıları toxuna bilər. Ona görə də ölkə başçısı qanuni hüququndan istifadə edərək 6 kq çəkiyə malik kuboku əlinə aldı”.

Kristyan Karanbö kubokun əvvəlki turlarında hər hansısa ölkə prezidenti ilə görüşmədiyini də qeyd edib: 

“Yox, ilk belə hal idi. O, çox mehriban, çox nəzakətli, çox qonaqpərvər bir insan təsiri bağışladı. Bu səfərin baş tutmasına görə AFFA-ya da təşəkkürümü bildirirəm. Çünki onlar kubokun Azərbaycana gətirilməsində kömək etdilər”.

araz.az xəbər portalı.