Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan və Hacıqabul şəhərlərinə, həmçinin Bakının Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
araz.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən Trend-ə bildirilib.
Yaranmış narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.
araz.az
araz.az xəbər portalı.