sokolad 2384786876

 

Ürək xəstəlikləri riskini azaldan şirniyyatın adı açıqlanıb.

ABŞ-da Beylor tibb kollecinin alimləri şokoladdan istifadənin ürək-damar xəstəlikləri riskini azaltdığını müəyyən ediblər. “European Journal of Preventive Cardiology”da yer alan məlumata görə, gündə azı 1 dəfə bu şirniyyatdan qəbul etmək məsləhətdir.

Tədiqatçılar ürək xəstəlikləri ilə şokoladdan istifadə arasındakı əlaqəni araşdırıblar. 300 min insanın xəstəlik tarixçəsini araşdırandan sonra belə qənaətə gəlinib ki, həftədə bir və ya bir neçə dəfə şokoladdan istifadə ürəyim işemik xəstəliklər riskini azı 8 faiz azaldır.
Onun tərkibində faydalı xolesterini yüksəldən, ürəyi qidalandırıcı maddələr var.

Lakin həkimlər şokoladı nə qədər yeməyi və hansı növünün daha faydalı olduğunu açıqlamayıblar.

 
araz.az

araz.az xəbər portalı.