Axar.az xəbər verir ki, bu sözləri öz sosial şəbəkə hesabında Daşnaksütyun fraksiyasının üzvü Baqrat Yesayan yazıb.
Onun sözlərinə görə, bu ay baş verənlər və onun sonrakı inkişafı daha narahatedicidir: problem heç də sərhəddə genişmiqyaslı toqquşma təhlükəsi ilə bağlı deyil, həm də müxtəlif ölkələrdəki qarşıdurmalardır:
“Rusiyada erməni-azərbaycanlı qarşıdurmaları İrəvan hakimiyyətini narahat etmir. Hər şey səfirin və icmanın öhdəsindədir. Bunun əvəzində isə Nikol Rusiya ilə münasibətləri kəskinləşdirmək üçün hər şey edir.
Əvvəla, 24 iyunda Moskvada keçirilən Qələbə paradından imtina edir, adını “koronavirusla görə” qoyur, ancaq az sonra Minskdəki toplantıya şəxsən gedir. İkincisi, Marqarita Simonyanın üzərinə öz troll və zombilərini salır, “patriot görüntüsü” yaradır və ictimaiyyətdə antirusiya əhval-ruhiyəsini genişləndirir. Hətta indi müxtəlif ölkələrdə erməni-azərbaycanlı toqquşması baş verərkən diaspor üzrə komissarı ilə birgə tətilə yollanır.
Məndə qəti əminlik yaranıb ki, Nikol Rusiyada erməni-azərbaycanlı qarşıdurmalarında maraqlıdır. Bundan daha sonra Rusiyanı ittiham etmək, Rusiya əleyhinə təbliğat aparmaq və ölkənin siyasi kursunu dəyişmək üçün istifadə etməyi hədəfləyir. Nikolun addımlarının başqa izahı yoxdur”.
araz.az xəbər portalı.
AKTUAL
Gürcüstan Azərbaycanlıları Konqresi sədrinin Rövşən İsgəndərovla bağlı dediklərinə REAKSİYA VAR
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovun Marneuli Bələdiyyə Məclisi sədrinin keçmiş müavini Rövşən İsgəndərovla …