“Müşahidələrimə əsasən deyə bilərəm ki, karantin qaydalarına əməl etmək meyli güclənib. Çünki artıq, demək olar, hər kəsin çevrəsində bir yoluxan, yəni konkret nümunələr var. Əlbəttə, maarifçilik işi də lazımi effekti verir. Üstəgəl, qapalı məkanlarda, o cümlədən avtobusda, supermarketlərdə tətbiq edilən qaydalar insanları daha diqqətli olmağa vadar edir. Bu o deməkdir ki, vətəndaşlar koronavirusun mövcudluğunu qəbul ediblər. Həmçinin hər kəs qorunmağın yollarını və mübarizənin effektli nəticə verəcəyini bilir. Deməli, ilk günlərə nisbətən indi işimiz daha asandır. İnsanların, xüsusilə də bəzən çılğın qərar verən gənclərin tibbi maskadan istifadə etmələrini, sosial məsafəni gözləmələrini, kütləvi yerlərə mümkün qədər az getmələrini arzulayıram. Nə qədər məsuliyyətli olsaq, koronavirusla və karantin rejimi ilə bir o qədər tez vidalaşarıq”.
araz.az
araz.az xəbər portalı.