“Azərbaycan Dəmir Yolları” QSC Nazirlər Kabimetinin göstərişlərinə əməl etmir.
Şikayət məktubunda bildirilir ki, azyaşlı uşaqları olan qadınlar yenə də işə çıxarılır.
Şikayət məktubunda qeyd olunur ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə aid bütün rabitə və işarəvermə idarələrində çalışan azyaşlı uşaqları olan qadınların Əmək Məcəlləsi ilə müəyyən edilmiş hüquqları onsuz da pozulurdu, heç bir güzəşt də verilmirdi:
“İndi, dövlətin bütün resurslarını koronavirusla mübarizəyə sərf etdiyi bir vaxtda, karantin rejiminin tətbiq edildiyi, hətta strateji obyektlərdə belə, xüsusi məhdudiyyətli rejimə keçilməsi – azyaşlı uşaqları olan analaraın, 60-dan yuxarı yaşlı şəxslərin maaşı saxlanılmaqla 1 aylıq məzuniyyət verilsə də, Nazirlər Kabinetinin bu göstərişləri ADY-də icra olunmur. Sanki bu idarə Azərbaycanın yox, başqa ölkənin qurumudur”, deyə şikayətçilər bildirirlər.(Pia.az)
araz.az
araz.az xəbər portalı.