1595851617 1595842423 01

Milli Məclisin deputatı Azər Kərimlimin oğlu Fəxri Kərimli iki il əvvəl İngiltərədə təsis etdiyi CARRIMLI LIMITED şirkətini könüllü şəkildə ləğv edib. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli açıqlama yayıb.

Onun sözlərinə görə, F.Kərimli  iyulun 17-də Londonda Şirkətlər Evinə (müəssisələrin qeydiyyat idarəsi) müraciət edib. Şirkətin ləğvi barədə məlumat iyulun 28-də rəsmi qəzetdə dərc olunacaq.

Xatırladaq ki, deputatın oğlunun Britaniyada şirkət təsis etməsi ilə bağlı 5 ay öncə məlumat acıqlanmışdı. CARRIMLI LIMITED-in fəaliyyət sahəsi daşınmaz əmlak biznesini əhatə edirdi. 
Fəxri Kərimli Oksford məzunudur. Çox güman ki, onun Londondakı biznesinə son qoyması atası Azər Kərimlinin vasitəsilə Azərbaycanda ciddi dövlət işinə düzəlməsi ilə əlaqədardır.

Azər Kərimlinin diğər oğlu İlkin Kərimli də Londonda daşınmaz əmlak biznesi ilə məşğuldur.

1595851682 1595842420 1

1595860477 639

 

 

araz.az

araz.az xəbər portalı.