Nikol Pashinyan prezident Armenii 782x440

 
 
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin son iclasında Tovuz istiqamətində törədilən son erməni təxribatı məsələsinə toxunub. O, çıxışı zamanı bunun erməni təxribatı olmadığını, guya, Azərbaycan Ordusunun Ermənistana hücumunun qarşısını aldığını bildirib. Həmçinin söyləyib ki, Ermənistan ordusu bu dəfə də regionun ən intellektual və döyüşkən ordusu olduğunu “sübuta yetirib”.
       Erməni mətbuatından araz.az-ın əldə etdiyi məlumata görə, bu tədbirdə İrəvanın son döyüşlərdən sonra mövqeyini gücləndirdiyini deyən həyasız Paşinyan utanıb, qizarmadan rəsmi Bakıya qarşı həyasızcasıns 7 şərt də irəli sürüb:
       – Ermənistanın və “Qarabağ respublikası”nın ümumi təhlükəsizlik sistemləri gücləndirilməlidir. Bu baxımdan onların sıx əməkdaşlığı vacibdir;
       — “Qarabağ respublikası” danışıqların tamhüquqlu üzvü olmalıdır;
       – Azərbaycan ictimai şəkildə güc tətbiqindən imtina etməli və antierməni ritorikasının dayandırmasıyla bağlı addımlar atmalıdır;
       — Danışıqlar mənalı olmalıdır. Azərbaycan hərbi məqsədini danışıqlar masası ətrafında həll etmək istəyir ki, bu da bütün danışıqlar prosesini mənasız edir. Əgər Azərbaycan özünün maksimalist tələblərindən imtina edib, məhdudiyyətsiz kompromisə getməyə hazır olsa, danışıqların mənası olacaq;
   — “Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə haqqını tanıma, Ermənistan və “Qarabağ respublikası”nın təhlükəsizliyi heç bir şəraitdə güzəşt predmeti ola bilməz. Konflikt zonasında yaşayan insanların problemləri danışıqlar gündəminin predmeti olmalıdır;
     — Karantinə qədər atəşkəs rejiminin saxlanılması üçün keçirilən monitorinq, faktiki olaraq, məhdudlaşdırılıb. Təcili olaraq, daimi nəzarət mexanizmlərini özündə ehtiva edən beynəlxalq monitorinq sistemi ərsəyə gətirilməlidir. Bu cür monitorinq fəaliyyətlərini ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisi həyata keçirməlidir;
     — Sülhün əldə olunması üçün, Ermənistan Minsk Qrupunun həmsədrləri ilə fəaliyyətini davam etdirəcək.                        “Biz, Türkiyənin regionda destabilizasiya cəhdlərini rədd edirik”, — deməklə,  Nikol Paşinyan yenə daxili auditoriyaya belə ünvanlı mesajlarla təzyiqlərdən qaçmaq, populistcəsinə öz reytinqini qorumaq yolunu tutub. O, hətta, Tovuzda təxribata cəhd edən Azərbaycanın, guya, UAZ-la hücuma keçdiyini iddia edib. Lakin gülüş doğuran belə iddialara görə özünü bu tədbirdə də rüsvay edib. O, belə yalanlara və iddialara görə, hətta, KTMT-nin dəstəyini belə ala bilməyib.                   
 
 
 
araz.az 

araz.az xəbər portalı.