thumb600x02Bakıdakı erməni kilsəsinin muzeyə çevrilməsi, ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətləri əks etdirən sənədlərin, faktların orada nümayiş etdirilməsi ilə bağlı məsələ müzakirə mövzusuna çevrilib. Bir çox tarixçi alimlər hesab edir ki, erməni kilsəsi muzeyə çevrilsə, daha yaxşı olar. Ümumiyyətlə, erməni kilsəsinin muzeyə çevrilməsi nə dərədəcə effektiv olar, yaxud bu kilsəyə başqa hansı status vermək olar?

Məsələ ilə “Azsiyasət.com” saytı BDU-nun kafedra müdiri, tarix elmləri namizədi Kərəm Məmmədovun fikirlərini öyrənib.

K.Məmmədov saytımıza açıqlamasında bildirdi ki, Bakıdakı erməni kilsəsi Çar Rusiyasının vaxtında tikilib:

“Hansı ki, həmin vaxt heç Azərbaycanın özü də müstəqil deyildi. Türkiyədəki Aya Sofya məbədi Osmanlının qılınc haqqıdır və Sultan Mehmetin şəxsi mülkiyyəti idi. Bakıdakı erməni kilsəsi ilə Aya Sofya məbədi müqayisə oluna bilməz, bunlar fərqli şeylərdir. Bakıdakı erməni kilsəsini kitabxana eləmək lazımdır. Bu, Allaha da xoş gedər. Elektron şəkildə müasir kitabxana qurulmalıdır. Cavanlar boş-boşuna orda-brda gəzməsinlər, girib orada kitablar oxusunlar. Amma orda elə kitabxana açmaq lazımdır ki, çox çətin tapılan kitablar orada tapılsın. Nadir fond kimi”.

Tarixçi alim hesab edir ki, bizim Qubada üstü açıq muzeyimiz var, Azərbaycan tarix muzeyi də var:

“Kilsəni muzeyə çevirmək doğru olmazdı. Əgər oranın muzeyə çevrilərək, soyqırımla, erməni vəhşilikləri ilə bağlı sənədlərin nümayişindən söhbət gedirsə, buna nə gərək var? Bizdə belə muzeylər mövcuddur. Biz çox vaxt xaricə deyilməli olan sözü daxilə deyirik, daxilə deyilməli olan sözü isə, xaricə deyirik. Soyqırımı daxildə kimlərə təbliğ edirik ki? Elə addım atılmalıdır ki, səsimizi özümüz yox, xarici ölkələr eşitsin. Tutaq ki, oranı muzey elədik, bizim Türkiyədəki kimi güllələnmiş adamların skeletləri, eksponatlar varmı? Quru sənədləri kitabda da vermək olar, bunun üçün muzey açmağa ehtiyac yoxdur. Eksponatlar varsa, bunu Azərbaycan tarixi muzeyində göstərmək lazımdır, əgər varsa. Yoxdursa, quru sənədləri nümayiş etidmrək üçün buna nə gərək var?”

araz.az

araz.az xəbər portalı.