thumb600x022“Bütün dünya görəcək ki, bizə qarşı soyqırım siyasəti həyata keçirənlərin abidəsini biz məhv etməmişik, əksinə oranı tarixi bir yerə çevirmişik”.

Erməni kilsəsinin statusu ilə bağlı məsələ hazırda gündəmdədir. Erməni kilsəsinə hansı formada status verilə bilər və bu, milli nöqteyi-nəzərdən bizə nə vəd edir?

Mövzu ilə bağlı “Azsiyasət.com” saytı tarixçi-professor, Milli Məclisin deputatı Anar İsgəndərovun fikirlərini öyrənib.

A.İsgəndərov qeyd edib ki, əslində Bakının tən mərkəzindəki erməni kiləsi ilə bağlı mən düşüncələrini türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımla bağlı bir çox əsərlərin müəllifi olaraq, vaxtilə təkliflər verib:  

“Təklif nədən ibarət idi? Mən 2011-ci ildə Şeyx həzrətləri başda olmaqla, İrəvanda olmuşam, konfransda iştirak etmişəm, Göy məsciddə olmuşam. 1905-1906-cı illərdə Bakı şəhərində minlərlə azərbaycanlının həyatına son qoyulub. 1918-ci ildə təkcə Bakı şəhərində 3 gün ərzində 11 000-dən artıq günahsız müsəlmanın həyatına son qoyulub. Azərbaycanın tarixi abidələri yandırılıb, məhv edilib, minlərlə insanın var-dövləti əlindən alınıb. Hazırda sənədlər durur. Erməni kilsəsi niyə boş qalmalıdır ki? Təklif edirəm və və çox yaxşı olardı ki, erməni kilsəsi ermənilərin azərbaycanlılara qarşı həyata keçridiyi soyqırımlarla bağlı sənədlərin nümayiş olunduğu muzeyə çevrilsin. Kilsə də, məscid də Allahın evidir, biz ora dəymirik, zərər vurmuruq. Amma muzey kimi istifadə olunması daha məqsədəuyğun olardı. Bütün tarixi sənədlər orada yerləşdirilməli və nümayiş etdirilməlidir. Azərbaycana gələn bütün millətlərin nümayəndələri görsünlər ki, bizə qarşı soyqırım siyasəti həyata keçirənlərin abidəsini biz məhv etməmişik, əksinə oranı tarixi bir yerə çevirmişik”.

A.İsgəndərov onu da bildirib ki, orada nümayiş olunan sənədlər göstərəcək ki, işğalçı, qəddarlıq edən, soyqırım törədən kimdir, amma tarix boyu heç bir xalqa qarşı heç bir düşmən münasibəti olmayan kimdir:

“Əksinə, Çar Rusiyası ilə bağlanan 2 müqavilə nəticəsində – Gülüstan və Türkmənçay müqavilələrinin, həm də Osmanlı ilə bağlanan Ədirnə müqaviləsinin şərtlərinə görə, on minlərlə, yüz minlərlə erməni Qarabağda, Şamaxıda, Bakıda, Naxçıvanda yerləşdirilib. Yəni, görünəcək ki, torpaq verən kimdir, torpağı işğal edən kimdir. Bir daha bu fikir üzərinə qalıram ki, kilsə o vəziyyətdə qalmaqdansa, biz onu muzeyə çevirsək, hamı qazanmış olar. Həm də dünyaya bizim təbliğatda böyük rol oynamış olar”.  

araz.az

araz.az xəbər portalı.