Həmişə millətimə hörmətim olub və olacaqdır. Çünki mənim millətim türkdür və türk olaraq qalacağam. Kökünə xain çıxan gövdəsiz qalar.
Həmişə fikirləşmişəm, bizdə çatışmayan nədir? Hər bir orqanizm kimi, bütöv bir xalq, bütöv bir millət, bir orqanizmdir. Kütlə bir nəfər tərəfindən idarə oluna bilər. Amma təəssüf ki, bu idarəçilik bizdə hələ yoxdur. İnsanın istər xəstəliyə, istərsə də düşmənə müvaqiməti olmalıdır. Bu müqavimət nədir? Birlikdə idarə olunmaq, birlikdə təsir göstərmək.
Həkim kimi deyim, hesab edin ürək işləyir, ağciyər işləyir, böyrək işləmir, fəlakət olacaq yoxsa yox? Əlbət də olacaq! Bəs bununu tənzim mexanizmi varmı? Var! Baxır hardan idarə olunur! Elə bir mərkəzdən idarə olunmalıdır ki, hər şeyə nəzarət edə bilsin. Bir şeyə nəzarət pozulursa nəticə sıfıra bərabər olacaq.
Nəyə görə dedim?
Bir professor dostum var idi. Fizika-riyaziyyat elmlər doktoru, professor olduğunu dedi. Kvant nərəzəriyyəsi üzrə alim olduğunu bildim. O, öz nəzəriyyəsinə uyğun olaraq bildirdi ki, su 50 -100 metrlik ağacın ən yüksək nöqtəsinə qədər qalxır və axrıncı yarpağı necə su ilə təchiz etdiyini dedi. Mən bir sual verdim. Su əvəzinə neft töksək həmin budağın yarpağına çata bilərmi? Əlbət də çatmaz! Çünki, osmotik təzyiq lazımdır.
Hə, bizdə nə çatışmır. Osmotik təzyiq.Niyə? – deyə bilərsiniz. – Millətin əhval-ruhiyyəsi ölüb, və ya öldürülüb fərqi yoxdur! –onu deyə bilmərəm. –Hansı səbəbdəndir özünüz yaxşı bilirsiniz.
Hesab edin ki, odununuz var, neftiniz də var, amma alışdırmaq üçün alışqan yoxdur. Neyləməlisiniz? Ya alışqan tapmalısınız, tapmadınızsa od üçün topladığınız odunu aparıb zibilliyə atmalısınız, atmayıb neyləyəcəksiniz? Qapıda zibiləmi çevirəcəksiniz? Yox, çevirməyəcəksiniz, məcbursunuz aparıb zibilliyə atasınız, nefti də evdə bir küncə qoymalısınız ki, bəlkə gələcəkdə lazım oldu.
Yaxud, başqa misal deyim; hesab edin, evə gəlirsiniz, əlinizdə də ev üçün müəyyən aldığınız qida məhsulu var. Evə çathaçatsınız. Qəflətən bir it sizə hücüm edir. Siz məcbursunuz itdən qurtulmağa! Nə etməlisiniz? Əlinizdəki yükü tullamalısınız, evin qapısını açmaq mümkün olmadıqda darvazadan aşıb canınızı qurturmalısıniz. Hesab edin darvazanı aşıb qurtuldunuz. Sonra fikirləşirsiniz. Mən necə oldu bu darvazanı aşıb keçə bildim? Başqa vaxt aşa bilməzdim?!
Hə, səbəb budur. Insanda və ya xalqda özünü müdafiə refleksi var. İnsan və ya xalq həyəcanlanır. Həyəcanlandıqdan sonra, onda adernalın adlanan ferment ifraz olunur. Bu ferment insanın və ya xalqın, millətin gücünü artırır. Bu fermentin hesabına kimsə özünü qoruya bilir və ya qurtulur.
Deyə bilərsiniz bəs, “bir millət kimi bizdə nə çatışmır”? Deyimki, “özünü müdafiə refleksi”. O bizdə məhv edilib. Onun yaranma səbəbi ya yüksək həyəcandan, yaxud yüksək əhval-ruhiyyədən aslıdır. Bu milli özünü dərkdən keçir. Hamıya deyirəm, iqtidara da, müxalifətə də, gəlin özümüzü sevək, özümüzü müdafiə edək, yoxsa məhv ola bilərik…
araz.az
araz.az xəbər portalı.