Qəbələ rayonunun Vəndam qəsəbəsində şəhid general-mayor Polad Həşimovun evinin qapısından bayraq götürülüb.
AFN xəbər verir ki, bu barədə qəsəbə sakinləri bildiriblər. Onların sözlərinə görə, prezident keçəcək deyə “təmizləyiblər” ərazini. Vəndam sakinləri qəsəbə icra nümayəndəsini və bələdiyyə sədrini ittiham edirlər. “Şəhidimiz o bayraqdan ötrü canını verib” deyən vətəndaşlar bu yanlışın dərhal aradan qaldırılmasını tələb edirlər.
Qəbələ Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı rəy almaq cəhdimiz boşa çıxsa da, qurumun mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.
araz.az xəbər portalı.