Bakıda silah gəzdirdiyinə görə saxlanılan şəxsin digər cinayətləri də məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, silah gəzdirdiyinə görə tutulan E.Əliyevin ətrafında Səbail və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Hüseynovla birgə 2016-cı ilin fevral ayından noyabr ayınadək olan müddətdə Bakı şəhər sakinləri L.Həsənovanı aldaıb 119 500 manat, 2019-cu ilin iyul ayında isə E.Zeynalovu aldadıb 13 500 manat pullarını alması da müəyyən edilib.
araz.az xəbər portalı.