erd2 696x463Ərdoğanın oğlu əlifbanı dəyişmək istəyir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan CNN Türk telekanalında Hakan Çelikin aparıcısı olduğu “Həftə Sonu” proqramında əlifba məsələsinə toxunaraq, ərəb əlifbasından imtina edilməsini səhv adlandırıb. Bilal Ərdoğan belə deyib: “İlkokulda alfabemizden dolayı geri kaldığımız bize anlatıldı o zaman Yunanistan, Çin niye alfabesini değiştirmemiş? O zaman insan diyor ki, demek ki gelişmenin alfabeyle alakası yokmuş. Başka ülkelere bakıyoruz; kıyafetini değiştirmeden gelişen de var, o zaman niye kıyafet değiştirmeyi gelişmeyle irtibatlandırmışız”.

https://sozcu.az/wp-content/uploads/2020/07/dda.jpg 657w” sizes=”(max-width: 341px) 100vw, 341px” style=”box-sizing: border-box; max-width: 100%; height: auto; float: right; margin: 6px 0px 21px 24px; display: block;”>

Türk düyasında əlifba islahatı ideyası böyük mütəffəkir Mirzə Fətəli Axundzadə tərəfindən XIX əsrin ortalarında irəli sürülüb və toplumun aydınları tərəfindən zaman-zaman gündəmdə tutulub. Nəhayət XX əsrin 20-ci illərində öncə Azərbaycanda, daha sonra isə Türkiyə və digər türk dövlətlərində ərəb əlifbasından latın qrafikalı türk əlifbalarına keçilib. Sovet hökuməti sonradan türk respublikalarının krill əlifbasına keçidinə nail olsa da, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dərhal latın qrafikalı əlifbaya qayıdıb. Bütün bu gerçəkliklər ortada ikən Türkiyədə latın qrafikalı əlifbaya keçid Mustafa Kamal Atatürkün əməli kimi qiymətlədirilməyə, Ayasofya məsələsində olduğu kimi keçmişə qayıdışa çağrışlar edilir. Türkiyəni sürətlə keçmişə sürükləyən Rəcəb Tayyib Ərdoğanın ailə üzvünün ondan xəbərsiz latın qrafikalı əlifbaya keçidin yanlış olduğunu gündəmə gətirməsi inandırıcı deyil. Əksinə bu fikirin Ərdoğanın oğlu tərəfindən səsləndirilməsi siyasi islamçılara “irəli” işarəsi olaraq qəbul edilməlidir.

Ayasofya təxribatının belə sərsəm fikirləri gündəmə gətirəcyini görə bilməyərək muzeyin məscidə çevrilməsini dəstəklyənlər belə sərsəm çağrışların meydana çıxacağını da görə bilmədilər. Ancaq bu da son deyil.

İş o həddə çatıb ki, Albayrak Holding-in sahiblərinən biri Mustafa Albayrakın sahib olduğu “Gerçek Hayat” dərgisi “Şimdi değilse ne zaman, sen değilsen kim? Hilafet için toparlanın” ifadəsini dərginin üz qabığında, Osmanlı bayrağı fonunda yayımlayır. Türkiyənin Konstitusiyanı və dövlət quruluşunu dəyişdirməyə yönəlik belə çağrışlar cinayət hesab olunsa da, siyasi islamçıları mühakiməyə cəlb etməyə hüquq-mühafizə orqanları sadəcə cəsarət etmir. Çünki, Türkiyədə məhkəmələr faktiki olaraq müstəqilliklərini itirib, siyasi sifarişləri yerinə yetirən alətə çevriliblər.

Türkiyənin hər ötən gün daha sürətlə yuvarlandığı cəhalətin acı mənzərəsi bundan ibarətdir.

Xəqani Cəfərli, politoloq

araz.az xəbər portalı.