1596020452 baki neqliyyat agentliyi banker.az 2Azərbaycanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində silsilə tədbirlər davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla mübarizədə həyata keçirdiyi tədbirlər sırasında ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi də xüsusi yer tutur. COVID-19 virusunun qapalı məkanlarda, o cümlədən Bakı metropoliteni kimi yeraltı nəqliyyatda xüsusi intensivliklə yayılmaq təhlükəsi olduğundan, Nazirlər Kabineti mart ayının 31-i gecə saat 22:00-dan etibarən bu sahədə sərnişindaşıma fəaliyyətini dayandırıb. Bununla da, 38 gün ərzində paytaxtda insanların hərəkətinin təşkili sahəsində ən ağır məsuliyyət, əsas nəqliyyat təminatçısı kimi Bakı Nəqliyyat Agentliyinin üzərinə düşüb.

Xatırladaq ki, may ayının 9-da Bakı metropolitenində qatarların hərəkəti bərpa olunsa da, iyul ayının 4-ü saat 00:00-dan etibarən 5 avqust saat 06:00-a qədər metroda sərnişindaşıma fəaliyyəti yenidən məhdudlaşdırılıb.

Reyting.az-ın məlumatına görə, sərnişindaşıma fəaliyyəti müvəqqəti məhdudlaşdırılan “Bakı Metropoliteni” QSC bildirir ki, bu günlər ərzində də Bakı şəhərində ictimai nəqliyyatın əsas yükü yenidən Bakı Nəqliyyat Agentliyinin (BNA) üzərinə düşüb. BNA iyun və iyul aylarında tətbiq edilən sərt izolyasiya tədbirləri ilə əlaqədar paytaxt ərazisində ictimai nəqliyyatın işinin dayandırıldığı günlərdə bir çox mühüm sahələrin fəaliyyətinin tənzimlənməsi məqsədilə işçilərin daşınmasında danılmaz xidmət və fədakarlıq nümayiş etdirir: “Belə müəssisələr sırasında bir çox spesifik sahələrinin iş rejimi müxtəlifliyi ilə seçilən, sutkanın 24 saatı ərzində fasiləsiz fəaliyyət göstərməli olan “Bakı Metropoliteni” QSC də var. Zərurət yarandığı təqdirdə, Agentlik məmnuniyyətlə dəstəyini əsirgəmədən metropolitençilərin də köməyinə çatır”.

QSC bildirir ki, Bakı şəhərində nəhəng infrastruktura malik, çoxsaylı inzibati, istehsalat, sənaye, təsərrüfat və xidmət sahələrinin hər birinin fasiləsiz işi, insanların nəqliyyat ehtiyaclarının ödənməsi bu günlərdə mühüm əhəmiyyət kəsb edir:

“Şəhərdaxili ictimai nəqliyyat sektorunun əsas yükünü üzərinə götürərək bu vəzifənin layiqincə yerinə yetirilməsində, sözün həqiqi mənasında, fədakarlıq nümayiş etdirən, əzmlə və yorulmadan çalışan Bakı Nəqliyyat Agentliyinin kollektivinə metropolitençilər adından təşəkkürümüzü və mənəvi dəstəyimizi bir daha ifadə edirik”.

“Bakı Metropoliteni” QSC bəyan edir ki, Bakı Nəqliyyat Agentliyi əksər sahələrdə pandemiyanın yaratdığı maneələrə, bəzən mürəkkəbləşən vəziyyətə baxmayaraq, çətinliklərə sinə gərib:

“Pandemiyanın diktə etdiyi xüsusi şərtlər səbəbindən Bakı metrosu sərnişinlərinə xidmət göstərə bilmədiyi, lakin paytaxtın ağır geoloji təsirləri şəraitində böyük infrastrukturu qorumaq naminə bütün qüvvələrini sərf etdiyi və əməkdaşlarının, əksərən, məhz yerüstü ictimai nəqliyyatın xidmətindən istifadə edərək iş başına yetişdiyi bir vaxtda, Bakı Nəqliyyat Agentliyinin timsalında, virusa yoluxma riski qrupuna daxil olmalarına baxmayaraq, ruh yüksəkliyi ilə bacarığını əsirgəmədən sərnişinlərinə nümunəvi xidmət göstərməyə çalışan bütün yerüstü ictimai nəqliyyat sektorunun fədakar əməkdaşlarına “Sizinləyik” deyərək, işlərində müvəffəqiyyətlər arzulayırıq”.

Bakı Nəqliyyat Agentliyinin könüllüləri nəzarəti artırıb, QSC əməkdaşları isə...

Qeyd edək ki, sərt karantin rejimi dövründə sərnişindaşıma kimi böyük məsuliyyəti öz üzərinə götürmüş Bakı Nəqliyyat Agentliyi COVİD-19 pandemiyasına qarşı mübarizə üçün də müxtəlif tədbirlər reallaşdırır. Təhlükəsiz daşıma ilə kifayətlənməyən BNA həm də koronavirusa qarşı mübarizəyə nəzarəti həyata keçirmək və maarifləndirmə məqsədilə könüllülərin xidmətindən yararlanır.

BNA-nın könüllüləri dayanacaq və avtobuslara təhkim olunaraq sərt karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət edir, sərnişinlərlə maarifləndirici iş aparırlar.

Könüllülər bu tədbirlər çərçivəsində aşağıdakı tələblərin yerinə yetirilməsinə nəzarəti həyata keçirirlər:

Sürücülərin maska və əlcəkdən istifadə etmələrinə;

Bakı Nəqliyyat Agentliyinin könüllüləri nəzarəti artırıb, QSC əməkdaşları isə...

– Sürücülərin şəffaf arakəsmələrdən düzgün istifadə etmələrinə;

– Sürücülərin sərnişinlərlə bilavasitə təmasının qarsının alınmasına;

– Avtobuslarda quraşdırılmış antiseptik məhlulların olub-olmamasına;

– Avtobuslarda antisanitariya və gigiyena qaydalarına əməl olunmasına;

– Avtobuslarda kondisionerlərin işləməsinə;

– Sərnişinlərin dayanacaq və avtobuslarda sosial məsafəni gözləməsinə;

– Sərnişinlərin dayanacaq və avtobuslarda maska və zərurət olduqda əlcəklərdən istifadə etmələrinə;

– Sərnişinlərin avtobuslarda quraşdırılmış antiseptik məhlullar vasitəsi ilə əllərini dezinfeksiya etmələrinə;

– Təhkim olunmuş dayanacaqlarda avtobus dayandıqdan sonra sərnişinlərin sosial məsafələri gözləməklə nəqliyyat vasitəsinə minb-düşmələrinə;

– Dayanacaqlarda sıxlıq yaradan sərnişinlərin ərazidən kənarlaşdırılmasına və qaydalara əməl etməyən sərnişinlərin nəqliyyat vasitələrinə daxil olmalarına;

– Sürücü və sərnişinlərin karantin rejimi qaydalarına riayət etmələrinə.

Bakı Nəqliyyat Agentliyinin könüllüləri nəzarəti artırıb, QSC əməkdaşları isə...

Onu da qeyd edək ki, BNA-nın sərnişindaşıma ilə yanaşı könüllülərin xidmətindən istifadə etməklə koronavirusa qarşı mübarizə tədbirlərinə nəzarəti həyata keçirməsi və maarifləndirmə tədbirləri sərnişinlər arasında ölümcül virusun yayılmasını əngəlləmək üçün vacib addımdır.

 

 

 

 

araz.az

araz.az xəbər portalı.