1596021372 1386981

 

Çinin ən çox istifadə edilən texnologiya şirkəti “Tencent”in bazar dəyəri “Facebook”u keçib.

Dogruxeber.az bildirir ki, şirkətin dəyəri 664 milyard dollara sıçrayıb. Təkcə 2020-ci ildə şirkətin dəyəri 200 milyard dollar artıb. “Facebook”un bazar dəyəri isə 656 milyard dollardır.
Daha çox mobil oyunlar istehsal edən şirkət Çində 1 milyarddan çox istifadəçisi olan “WeChat”ın da sahibidir. “Tencent” bir çox mesajlaşma proqramı istehsal edib. Bu proqramlar şirkətin gəlirlərinin 23%-ni təşkil edir.
(Metbuat.az)

araz.az xəbər portalı.