AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.
axar.az xəbər verir ki, qərara əsasən, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Müşahidə Şurasının sədri, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov Şuranın katibi təyin edilib.
Yeni qərarda şuranın üzvləri siyahısında AMEA-nın vitse-prezidentləri, akademiklər Rasim Əliquliyev və İradə Hüseynova, eləcə də Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev də yer alıb.
araz.az xəbər portalı.