1200x627 turkiye ile azerbaycan arasindaki vize muafiyetinde son dakika gelismesi 1582793833346Türkiyə-Azərbaycan hərbi-siyasi əməkdaşlıq əlaqələri yeni və açıq müstəviyə qədəm qoydu. Ermənistanın Azərbaycana son hərbi təcavüz aktı qardaş ölkənin səbrini daşırdı. Türkiyə dövlətinin bu qədər aşkar və birmənalı mövqeyini indiyədək müşahidə etməmişdik.   Vəziyyət hətta o həddə qədər çatdı ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Ermənistanın dövlət sərhədinə yaxın məsafədə uçuşlara başladı. Türk əsgəri döyüşə hazır vəziyyətə gətirildi. Azərbaycana hərbi dəstək barədə Türkiyənin qərarı işğalçı Ermənistandan daha çox ona havadarlıq edən Rusiyaya ciddi siqnal idi.     Tovuz rayonu istiqamətində dövlət sərhəddimizə işğalçı Ermənistanın silahlı müdaxiləsi zamanı Türkiyə hökumətinin ortaya açıq mövqe qoyması qarşılığında Rusiyanın ehtiyatlı münasibət sərgiləməsi göstərdi ki, bu ölkə hərbi doktrinasına  düzəliş etmək məcburiyyətindədir. Xarici və daxili siyasəti demək olar ki, iflas olub. İqtisadiyyat çöküb, işsizlik ölkə əhalisini çıxılmaz vəziyyətə salıb. Əhalinin dolanışıq tələbatları əsasən silah satışından gələn gəlirlər hesabına ödənilir. 
       Belə vəziyyətdə müharibə hədələri ilə danışmaq Rusiyanın xeyrinə müsbət heç nə vəd edə bilməz, əksinə onun özünü daha çıxılmaz duruma salar ki, bu da nəticə etibarı ilə ölkəni vətəndaş müharibəsinə sürükləyər. Xaborovskda Putin hakimiyyətinə qarşı baş qaldıran etiraz dalğası bunun təkzibedilməz göstəricisi kimi diqqəti cəlb edir və günün birində  dalğanın bütün Rusiyanı bürümüyəcəyinə kimsə təminat verə bilməz. Ehtimal realdır və Rusiya hökuməti bundan çox narahatdır. Dünya Rusiyanın çökəcəyi günü  səbirsizliklə gözləyir. Yeganə ölkədir ki, beynəlxalq aləmdə səmimi bir müttəfiqi yoxdur. İnamsızlıq və etibarsızlıq Rusiyanın iliyinə qədər işləyib. 
       Türkiyə hökumətinin Azərbaycana hərbi dəstəyi Ermənistana yerini göstərməklə yanaşı həm də Rusiyaya bölgədə sakit siyasi davranış nümayiş etdirməyə bir çağırış idi. Türkiyə və Azərbaycan Rusiya ilə bu dəfə açıq mətnlə danışdılar və onu təhlükəli siyasətdən geri çəkilməyə səslədilər.  Eldar SABİROĞLU.

araz.az xəbər portalı.