Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu Taxtakörpü ərazisindəki 552 saylı qaçqınlar və məcbur köçkünlər üçün salınmış qəsəbədəki evlərin birindən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundanLent.az -a verilən məlumata görə, daxil olmuş müraciət əsasında Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla onların Ağdam rayonu İmamqulubəyli qəsəbəsində yaşayan Sabir Əliyev, Sərxan Mirzəyev, Cavid İsmayılov və Vasif Uluxanov olduğu müəyyən edilib. Onların oğurluq məqsədi ilə daxil olduğu evdən 4500 ABŞ dolları, balansında 4440 manat olan təqaüd və maaş kartları, 4 ədəd qızıl qolbağı, müxtəlif qadın ətirləri və bijuteriya əşyaları götürdükləri məlum olub. Oğurlanmış pulların və əşyaların bir qismi maddi sübut kimi götürülüb. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Laçın Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
araz.az
araz.az xəbər portalı.