1596106582 1592303920 cd79eb0d 807f 47b4 ab02 8278d2cc12d2 640 1“Minsk şəhərində baş verənlər bir qədər qaranlıq məsələdir. Düzdür, orada 30-dan çox rus muzdlu döyüşçüsünü tutublar. Minsk elan edir ki, bu şəxslər prezident seçkiləri öncəsi Belarusda aranı qarışdırmaqla məşğul olmaq istəyirmiş. Amma nəzərə almaq lazımdır ki, bu muzdlu döyüşçülərin hamısı Minskə bir yerdə, eyni təyyarə ilə gəlib. Qarşısına Belarusda aranı qarışdırmaq məqsədi qoyanların kollektiv şəkildə Minskə daxil olması, özlərini gözə soxması inandırıcı deyil”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Belarus kəşfiyyatının Minskdə 30-dan çox rus muzdlu döyüşçüsünü saxlamasını və bu şəxslərin qarışdurma yaratmaq üçün ölkəyə daxil olması ilə bağlı rəsmi açıqlamanı şərh edərkən deyib.

R. Musabəyov hesab edir ki, Belarusu qarışdırmaq məqsədilə ölkəyə gəlmək istəyən belə təxribatçı qrupun bir yerdə Minskə daxil olması ağlabatan deyil. Onun sözlərinə görə, daha ağlabatan ehtimal budur ki, Rusiyanın muzdlu döyüşçüləri Minskdən istifadə etməklə hansısa Afrika ölkəsinə getmək istəyiblər: “Hesab edirəm ki, bu, daha realdır. Bir daha qeyd edim ki, təxribat üçün gələnlər heç vaxt özlərini gözə soxmazlar”.

R. Musabəyovun fikrincə, indiki halda Minskdə baş verənlər iki səbəbdən ola bilər: “Ya Prezident Lukaşenko bundan istifadə edərək ölkədə hərbi vəziyyət elan edə, ya da seçkilərin keçirilməsindən boyun qaçıra bilər”.

Qeyd edək ki, Belarus təhlükəsizlik qüvvələri kəşfiyyat məlumatı əsasında 33 muzdlu rus hərbçisini saxlayıb. Rəsmi açıqlamada bildirilir ki, saxlanılan şəxslər Rusiya vətəndaşlarıdır.

Onu da qeyd edək ki, hadisə ilə bağlı Rusiyanın Belarusdakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub.

Belarus Təhlükəsizlik Şurası saxlanılan şəxslərin ölkədə terror törətməyə hazırlaşdıqlarını bəyan edib.

araz.az

araz.az xəbər portalı.