“Büdcəyə təklif edilən dəyişikliklərdə neftin bir barelinin qiymətinin salınması gözlənilən idi”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O bildirib ki, pandemiya ilə bağlı olaraq, neft bazarında volatillik yüksəkdir: “Bu da neftin dünya bazar qiymətinin düşməsinə gətirib çıxarır. Ötən ay dünya bazarında neftin orta qiyməti 30 dollar olub. Hazırda neftin bir barelinin qiymətinin 40 dollardan yüksək olmasına baxmayaraq, payızda koronavirusun ikinci dalğası olsa, bu, neft qiymətlərinin azalmasına gətirib çıxara bilər. Buna görə də qanun layihəsində təklif edilən 35 dollar daha konservativ və daha az riskli qiymətdir. Düşünürəm ki, 35 dollar üzərindən dəqiqləşmiş büdcənin hesablanması doğru addımdır. Bu, neft bazarında volatillik, eyni zamanda pandemiyanın potensial təsirlərinin nəzərə alınmasına imkan verir. Dəyişiklik qlobal iqtisadiyyatda və strateji məhsullar bazarındakı volatilliyə uyğunlaşdırılıb”.
Qeyd edək ki, büdcədə neftin 1 barelinin qiyməti 55 ABŞ dollar götürülmüşdü.
araz.az
araz.az xəbər portalı.