1596186012 untitled 1

 
 
“Paşinyanın cavabını ümumi şəkildə İlham Əliyev lazımı qədər verdi”
Bunu “MediaPost”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib. 

 

Politoloq bildirib ki, dövlət başçısı İlham Əliyevin açıqlamaları çox vacib idi. Çünki Paşinyanın əsassız iddialarına, gülməli ittihamlarına bu formada cavab vermək lazımdır:
“Ermənistan işğalçı dövlətin baş naziri Nikol Paşinyan bu günlərdə Rusiya televiziyasına müsahibə verərkən Azərbaycana qarşı ittihamlar irəli sürdü. Bundan başqa, hökumətin toplantısında mənasız yeddi şərtlə çıxış etdi. Bunların cavabını ümumi şəkildə İlham Əliyev lazımı qədər verdi. Həmin şərtləri rədd etdiyini, iddiaları heç bir formada qəbul etmədiyini, əksinə, Paşinyanın Rusiyadan dəstək gözləməsinin əbəs olduğuna işarə etdi”. 
E.Şahinoğlunun fikrincə, artıq dövlət başçısı qərarını verib ki, bu cür şəxslə danışıqlar aparmaq faydasızdır: “Belə yeddi şərt irəli sürən, “Dağlıq Qarabağ”ın tanınmasını tələb edən biri ilə danışıqlar aparmaq mənasızdır. Azərbaycan bu danışıqlardan faktiki imtina edib. Gələcəkdə bizim şərtlərimiz daha ağır olacaq və bu şərtlər icra olunmazsa, müharibə qaçılmazdır”.
araz.az

araz.az xəbər portalı.