Ukrayna prezidenti Vladimir Zelenski Hanukka,Roş-Ha-Şana,Ramazan,Qurban bayramı və qərb xristianlarının Pasxa bayramına dövlət bayramı statusu verilməsi məsələsinə baxmaq üçün Ukrayna hökumətinə göstəriş verib.
Bu barədə Ukrayna Prezidentinin saytında məlumat dərc edilib.Zelinskinin sözlərinə görə ,bu təşəbbüs vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunmasına kömək edəcək,bütün dindarlar üçün bərabər hüquq və imkanların reallaşmasına öz töhfəsini verəcək.
“Ukrayna-112” telekanalının verdiyi məlumata görə,Zelenski Qurban və Ramazan bayramlarının dini bayram kimi qeyd edilməsini ilk dəfə may ayında Krım tatarlarının nümayəndələri ilə görüşdə elan edib.
“Çox istərdim ki,hər kəs öz xalqının tarixini və adət-ənənələrini unutmadan özlərini tamhüquqlu bir vətəndaş kimi hiss etsin”-Zelenski demişdir.
Ziyalılar.az
araz.az xəbər portalı.