1596189931 unnamed 1“Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmən təbiəti bazara çıxarıb”.

Bu məlumatı Facebook hesabında “Ecofront” təşkilatı yayıb.

“Artıq indiyənə qədər toxunulmaz olduğu qəbul edilən Milli Parkların ərazilərinə müştəri axtarırlar. Şirvan Milli parkının Salyan rayonu Yenikənd kəndi yaxınlığındakı ərazilərində minlərlə hektar ərazini kənd təsərrüfatına cəlb etmək istəyirlər. Bu işlər Mili Park ərazinin özgəninkiləşdirilməsinə gətirib çıxaracaq ki tamamilə qanunsuzdur və yolverilməzdir.

Müştəri isə general rütbəli şəxsdir. Generallar var şəhid olur, generallar var çobanlıqla, əkinçiliklə baş qatır. Ad çəkmək istəmirik. Bu əməllərinizdən əl çəkin. Ölkəmiz səhralaşma və quraqlıqla üz üzə qalıb.

Kənd camaatı şikayətçidir. İndiyə qədər bir keçinin keçməsinə icazə verməyən Milli Park rəhbərliyi indi kənd camaatını inandırmağa çalışır ki, bu yerlər əkinə və otarmaya cəlb ediləcək və sizə aidiyyatı yoxdur.

Bu Milli Park Azərbaycanda təbiətin xeyrinə güzəştə gedilmiş tək tük yerlərdən biridir. Və biomüxtəlifliyin mühafizəsi sahəsində tək tük uğurlu proyektlərdən biridir.

Əkinlər gəlsə ceyranlar kütləvi zəhərlənəcək və minlərlə hektar yaşam arealını itirəcəklər. Bu məsələyə çox ciddi yanaşmaq lazımdır. ETSN artıq heç bir qırmızı xətt tanımır!”.

Ekologiya və Təbii Sərvətlər nazirliyi xəbərə münasibət bildirməyib.

Qlobal.az

araz.az xəbər portalı.