hulusi akar

 

Türkiyənin müdafiə naziri Hulusi Akar Yunanıstanla sərhəddə dislokasiya olunmuş hərbi birlikləri Qurban bayramı münasibətilə ziyarət edərkən jurnalistlərlə söhbətində hazırda davam etməkdə olan Türkiyə-Azərbaycan birgə hərbi təlimləri haqda danışıb.

 

 

 

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Hulusi Akar Ermənistanın iyulun 12-də Azərbaycana hücumunu xatırladıb. “Azərbaycan türkü bizim can qardaşımızdır. Onlar bizim canımızdır, dostumuzdur, onların talelərini və qismətini paylaşırıq. Bu hücumu nifrətlə qınayırıq. Hücumda şəhid olanlara rəhmət diləyirik”,-nazir deyib.

 

 

 

Daha sonra birgə təlimlərdən danışan Hulusi Akar bunları bildirib: “Hazırda bizim orada əvvəlcədən planlaşdırılmış illik təlimlərimiz gedir. Quru və hava hərb elementlərimiz Azərbaycanda qardaşlarımızla bərabər irimiqyaslı, iki ölkə silahlı qüvvələri üçün faydalı olan çalışmaları davam etdirirlər. Biz hər zaman olduğu kimi azərbaycanlı qardaşlarımızın yanındayıq, yanında olmaqda davam edəcəyik. Azərbaycanın güclənməsi üçün edilməli nə varsa bu günə qədər etdik, imkanlarımızı bu yöndə istifadə etdik, bundan sonra da istifadə etməkdə davam edəcəyik. Bu anda davam etməkdə olan “TurAz Qartalı” təlimi ilə Türkiyə-Azərbaycan döyüş atışlı birgə təlimlərimiz var. Bəziləri bunlara başqa mənalar yükləyirlər. Planlaşdırılmış təlimlər keçirərək oradakı tədris fəaliyyətimizi davam etdirdik, bundan sonra da davam etdirəcəyik. Hazırda da fəaliyyət uğurla davam edir”.

araz.az

araz.az xəbər portalı.