Daşkəsən rayon Çovdar kəndinin sakinləri, əslən Kəlbəcərdən olan 4 məcburi köçkün ailəsi sözügedən rayonun polis şöbəsinin əməkdaşının onlardan 103 quzunu aldığını və pulunu ödəmədiyini iddia edirlər.
Məsələ ilə bağlı Yeniavaz.com-a müraciət edən sakinlər iddia edirlər ki, bir müddət əvvəl Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı Rzayev Şahin, atası Rzayev Akif, qardaşları Seymur və Ceyhunla birgə, polis avtomobili ilə gələrək onlardan quzu almaq istədiklərini bildiriblər. Sözügedən şəxslər pulunu daha sonra ödəyəcəklərini vəd edib təsərrüfatla məşğul olan məcburi köçkün ailələrindən hər biri 145 manatdan olmaqla 103 ədəd quzu alıblar. Məcburi köçkün ailələri isə, həmin şəxslərin pulu vəd etdikləri vaxtdan – 2 iyuldan 28 gün keçməsinə baxmayaraq hələ də, ödəmədiklərini bildirirlər.
Məsələ ilə bağlı Daşkəsən Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
{loadmoduleid 161}
araz.az xəbər portalı.