Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.
Mia.az ƏƏSMN-ə istinadən xəbər verir ki, bu dövrdə Nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.
Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.
araz.az
araz.az xəbər portalı.