icra1“Həbs edilən və işdən çıxarılan icra hakimiyyəti başçılarından 30 milyon manat alınacaq”.

AzToday.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev 2020-ci ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərdən danışarkən deyib.

Onun sözlərinə görə, dəyişikliyə əsasən, cərimələrdən daxilolmalar 16,9 milyon manatdır:

“Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar isə 30,0 milyon manat nəzərdə tutulur:

“Yəni camaatdan 16,9 milyon AZN, həbs edilən və işdən çıxarılan icra hakimiyyəti başçılarından isə 30 milyon manat alınacaq”.

Qeyd edək ki, Maliyyə Nazirliyi Nazirlər Kabinetinə 2020-ci il büdcəsinə dəyişiklik edilməsi ilə bağlı müraciət edib.

araz.az

araz.az xəbər portalı.