RUS POLİSİ ONLARI KÜTLƏVİ ŞƏKİLDƏ YOXLAMAĞA BAŞLAYIB
Yaxın günlərdən etibarən Rusiyada yaşayan ermənilərin kütləvi şəkildə deportasiyasına start veriləcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İravunk” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, hazırda Rusiyanın bütün şəhərlərində yerli polis ermənilərin sənədlərini kütləvi şəkildə yoxlamağa başlayıb. “Hətta bəzi şəhərlərdə, xüsusən də Moskva və Peterburqda ermənilərin sənədlərini polisdə lupa ilə nəzərdən keçirirlər”.
“İravunk” ənənəvi olaraq ermənilərə qarşı belə bir addımın atılmasının səbəbkarı kimi Azərbaycanlıları göstərib. Qəzet yazır ki, Rusiyada son dövrlər yaşanan erməni-azərbaycanlı qarşıdurması Moskva hökumətinin ürəyincə olmayıb. “Kreml baş verənlərdən məmnun olmayıb və günahı ermənilərdə görüb. Son sənəd yoxlanışlarından və göstərilən münasibətdən də belə aydın olur ki, Ermənistan kütləvi deportasiyaya hazır olmalıdır”.
Qəzet onu da iddia edib ki, Rusiyada yaşayan (vətəndaş olmayanlar xaric) ermənilər Ukrayna, Belarus və digər post sovet ölkələrinə üz tutaraq, orada məskunlaşmağa çalışırlar. Hətta son bir həftə ərzində Rusiyanı tərk edən ermənilərin sayının xeyli çox olduğu bildirilir.
araz.az
araz.az xəbər portalı.