66994Ermənistan Baş naziri Nikol Paşinyanın dünən Ermənistanın Diaspor İşləri üzrə Komissarlığından 12 vəzifəli şəxsi qovmasının səbəbləri bəlli olub.

araz.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb.

Məlumata görə, Paşinyanın belə addımı atmasına səbəb ofisinin fəaliyyətinin qeyri-effektivliyi ilə bağlı olub. Nikolu xüsusilə Tovuz təxribatı dönəmində erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrdə Azərbaycan diasporuna uduzması hiddətləndirib.

Baş nazir həmçinin Diaspor İşləri Komissarlığının rəhbəri Zare Sinanyanın bu müddət ərzində yoxa çıxmasından da qəzəblənib.

Qəzetin mənbəsi deyib ki, Paşinyan bir müddət öncə Sinanyanla mübahisə edib, onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib.

araz.az

araz.az xəbər portalı.