Xrabaiq seher

 

Qardaş Türkiyədə kabus şəhərin olduğunu bilirdinizmi? Sanki nağıllar aləmindən qalmış bu dünyanı pərilər, cinlər tərk edib gediblər. Əslində isə bu yarımçıq qalmış böyük bir layihədir.

Bizimyol.info xəbər verir ki, 2014-cü ildə Türkiyədə varlı əcnəbilər, xüsusən ərəblər üçün nəzərdə tutulan lüks villalardan ibarət Burj Al Babas adlı şəhərciyin tikilməsinə başlanıldı. Şəhərdəki bütün binalar dizayn etibariylə qəsri xatırladıb bir- birinin eyniydi. 587 qəsrdən ibarət bu şəhərin tikilməsinə ümumilikdə 200 milyon dollar tələb olunurdu.Hər bir ev alıcıya 400-500 min dollara satılmalıydı.

Layihənin rəhbəri Sarot Group hələ şəhər tikilmədən Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanından olan müştərilərə yüzdən çox qəsr satdı. Lakin onlar aldıqları əmlakı geri qaytardılar və tikintini aparan şirkət iflas etdi.Əmlakın geri qaytarılmasını şirkət sahibləri neft qiymətlərinin enməsi ilə əlaqələndirdilər. Hərçənd ərəb şeyxi üçün 500 min dollarlıq villa baha sayılmazdı.

Layihə rəhbərləri 27 milyon dollar borca girincə, özlərini bankrot elan elədilər və layihə yarımçıq qaldı. Türkiyənin şimali qərbində yerləşən bu xəyallar şəhəri, türklərin deyimi ilə isə desək xəyalət şəhər hələ də olduğu kimi qalır və bir gün yenidən işlərin başlanılacağına ümid edilir.

{loadmoduleid 166}

 

İlhamə

araz.az xəbər portalı.