parla az 5e6d9a9af9e9d08fef71decc1556239e 7ol3sa6iy8vrwujfmh5x 640x336Rusiyada koronavirus infeksiyasına qarşı peyvəndlənmə pulsuz olacaq.

PARLA “RİA Novosti”yə istinadən bildirir ki, bunu ölkənin Səhiyyə naziri Mixail Muraşko deyib.

“Koronavirusa qarşı peyvəndlənməni tamamilə büdcə vəsaiti hesabına etməyi planlaşdırırıq. Müvafiq olaraq, peyvəndlənmə sxemi hamıya məlumdur – o, planlı olacaq”, – Muraşko jurnalistlərə deyib.

Daha əvvəl Muraşko bildirmişdi ki, Rusiyada koronavirus infeksiyasına qarşı kütləvi peyvəndlənmənin oktyabr ayında başlanması planlaşdırılır. Səhiyyə Nazirliyinin Qamaleya adına Mikrobiologiya və Epidemiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış peyvəndin klinik sınaqları artıq başa çatıb, indi peyvəndin qeydiyyatı üçün sənədlər paketi hazırlanır.

araz.az

araz.az xəbər portalı.