Elçibəy Əhmədzadəni kimin xahişi ilə komitə sədri təyin edib? SƏNƏD
Babalarımız “su qiymətinə…” deyəndə ən ucuz, az qala müftə, pulsuz məhsulu, yaxud xidməti nəzərdə tutublar. Babalarımız hardan biləydi ki, Azərbaycan müstəqil dövlət olandan sonra suyun qiyməti nəinki ucuz, hətta qızıldan da baha olacaq. Və 1976-78-ci illərdə Sov İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya- siyasi təhsili almış Əhməd Əhmədzadə adlı birisi uzun illər Azərbaycanın “Su komitəsinin” sədri olacaq. Və sudan yüz milyonlar qazanacaq.
Uzun illər “rayispolkom”, Füzuli və Şəki rayonlarında PK-nin 1-ci katib işləyən, tipik rüşvətxor Əhmədzadə necə oldu ki, müstəqi Azərbaycanın ilk komitə sədrlərindən biri oldu ?
Və onun əmrini ozamankı prezident Əbülfəz Elçibəy imzaladı. Bu da sənəd:
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. Əhmədzadə Əhməd Cuma oğlu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri təyin edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY.
Bakı şəhəri, 3 may 1993-cü il.
№ 548.
Görəsən, Elçibəy, bu su idarəsinin müdirinin nəyinə aşiq olmuşdu ki, belə bir rüşvətxoru nazir-komitə sədri təyin edirdi ?
Görəsən, prezident Elçibəy Əhməd Əhmədzadəni tanıyırdı ?
Ümumiyyətələ, Elçibəyin Əhmədzadənin varlığından xəbəri olubmu, onun üzünü görmüşdümü ?
Canlı şahidlərin birinin dediyinə görə, sonralar Elçibəydən bu barədə soruşublar. Keçmiş prezident deyib ki, Əhmədzadənin heç sifətini də görməmişdim, İmam müəllim xahiş etdi ki, onu komitə sədri qoyum, mən də qoydum.
Söhbət Azərbaycan KP MK-nın 1-ci katibi işləmiş MƏRHUM İmam Mustafayevdən gedir.
Bəli, xalqımıza qənim kəsilən, milyardlarla dövlət vəsaitini talayan Əhmədzadənin hazırda 75 yaşı var. Mərkəzi Bankın prezidenti Elman Rüstəmovla quda olan Əhmədzadənin oğlu Cümə Əhmədzadənin və gəlini Günel Rüstəmovanın adına Londonda dəyəri yüz milyonlar olan mülklər var.
Əhməd Əhmədzadənin ermənilərlə qohumluq əlaqələri barədə də mediada məlumatlar var.
Bəli, Əhməd Əhmədzadə AXC hakimiyyətinin sonuncu “nişanəsi”dir.
Yəqin ki, yaxın zamanlarda onu da tarixin rüsvayçı arxivinə göndərərlər.
Nankor Əhməd Əhmədzadə onu komitə sədri təyin edən mərhum Elçibəy haqqında yaxın dostlarına nələr deyib ? Cahan Məmmədov kimdir ?
Növbəti yazıda. NUH.az
araz.az xəbər portalı.