Asiya.az xəbər verir ki, görüşdə şəhidin həyat yoldaşı, oğlu, bacısı, qardaşları iştirak edib.
Millət vəkili Qənirə Paşayeva şəhid mayorun evini ziyarət etməyin, müqəddəs Qurban bayramı günü şəhidin ailə üzvləri ilə bir yerdə olmağın mənəvi borc və unudulmaz gün olduğunu deyib.
Anar Novruzov kimi şəhidlərin milli sərvət olduğunu və onların şəhid olduqdan sonra da, qoyub getdikləri ömürlə, əcdadların hərbi ənənələrinə əsaslanan sərkərdəlik bacarıqlarının bir örnək təşkil etdiyini bildirib.
Ən böyük qiymətin Tanrı tərəfindən – hərbçi istedadı, gözəl ailə, nüfuzedici şəxsiyyət və nəhayət şəhidlik mərtəbəsi ilə verildiyini deyən xanım Paşayeva, dövlətin, xalqın da öz şəhidini bağrına basdığının, xatirəsini uca tutduğunun qürurverici olduğunu deyib.
Millət vəkili Məşhur Məmmədov hadisələr vaxtı Tovuz rayonuna getdiyini, keçən günlərdə mayor Anar Novruzovun silahdaşı olmuş digər şəhidlərin ailəsinin də ziyarət olunduğunu, belə ziyarətlərin davam edəcəyini və bu ziyarətlərin bir mənəvi borc olduğunu bildirdi.
Millət vəkilli Anar İsgəndərov şəhid mayorun ailəsinin qayğıları ilə maraqlanıb. O, qeyd edib ki, şəhidlərimizin hər birinin ailəsi dövlətimizin ali rəhbərliyinin yüksək diqqətindədir və hər bir millət vəkilinin, məmurunun da borcu, şəhid ailələrinə münasibətdə dövlət başçısından örnək götürməkdir.
İctimai Birlik sədri Arzu Bağırova şəhid mayorun həyat yoldaşı ilə söhbət edərək ailənin qayğıları, övladlarının təhsili ilə maraqlanıb, hər zaman onların yanında olacağını bildirib.
araz.az xəbər portalı.