234704625.jpg


 Putini Rusiyada daha radikal hərbi qruplaşmalar əvəz edəcək.

Araz.az xəbər verir ki, bu sözlər rusiyalı politoloq Dmitri Oreşkinin “Apostrof” saytında dərc olunan məqaləsində yer alıb.

“Bu qruplaşmalar Putini daha zəif siyasətdə ittiham edənlər olacaq. Onlar mümkün olan yerlərdə daha sərt davranılmasını istəyən şəxslərdir. Hələ də bəlli deyil ki, Putin Suriyada məhv edilən “Vaqner” şirkətinin muzdluları ilə bağlı hansı cavab addımını atacaq. Bu onun üçün tanış situasiya deyil”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ ordusu fevralın 7-də Suriyanın Deyr əz-Zor əyalətinin Hişam rayonunda kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin mövqelərinə hücum edən Bəşər Əsəd tərəfdarlarına sarsıdıcı zərbə endirib. Hücum nəticəsində Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 200-dən çox hərbçisi həlak olub.

Rusiya Müdafiə Nazirliyi hələ də hadisə ilə bağlı dəqiq açıqlama verməyib. Moskvanın bu addımı ölkədə bir sıra etirazlara səbəb olub. Bəzi təşkilatlar hətta Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Axar.az

araz.az xəbər portalı.