photo 104181Azərbaycanda koronavirus infeksiyasına 286 yeni yoluxma faktı qeydə alınıb,  639 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 113 nəfər müalicə olunaraq sağalıb, 462 nəfər vəfat edib, aktiv xəstə sayı 4 868-dir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 727 , ötən müddət ərzində isə ümumilikdə 738 963 test aparılıb

araz.az

araz.az xəbər portalı.