4ef9adbf e6a8 4f98 ab31 7ca6e9d7a015Avropa İttifaqı (Aİ) dövlətlərinin Rusiyaya münasibəti müxtəlifdir və bəziləri hətta ona yaxşı münasibət bəsləyir. Amma Moskvaya qarşı sanksiyaların uzadılması qərarı verilərkən, Aİ ölkələri vahid cəbhədən çıxış edirlər. Bu barədə Polşadan olan avrodeputat Rişard Çernetski bəyan edib («Polşa Radiosu»).
İyulun ortalarında Mayk Pompeo elan edib ki, ABŞ Dövlət departamenti «Şimal axını – 2» qaz kəmərini mümkün sanksiyalardan qoruyan istisnanı ləğv edəcək. Dövlət katibi beləliklə, Rusiya qaz layihələrinin tikintisində və onlara xidmətdə iştirak edən şirkətlərə «dəqiq xəbərdarlıq» edib.
Öz növbəsində, Ukrayna istiqamətindəki təcavüzündən sonra Rusiyaya yönəlik qəbul edilmiş sanksiyalar Aİ tərəfindən 2014-cü ilin ortalarında tətbiq olunub. O vaxtdan başlayaraq, həmin sanksiyalar hər 6 aydan bir Aİ ölkələri tərəfindən hamılıqla uzadılır.
Sanksiyaların məzmununa uyğun olaraq, Rusiyanın nəhəng bankları və neft şirkətləri kapital bazarına məhdud girişə malikdirlər. Üstəlik də rusiyalılara qabaqcıl texnologiyaların verilməsi qadağan edilib və ona silah tədarükünə embaqo qoyulub.

Polşadan olan avrodeputat Rişard Çernetski radiostansiya ilə söhbətdə qeyd edib ki, onun fikrincə, Rusiyaya yönəlik sanksiyalar Avropa İttifaqında hakim olan konsensusun törəməsidir.
«Polşanın, Baltik ölkələrinin və bəzi Skandinaviya ölkələrinin Rusiyaya yönəlik fikri daha skeptikdir, nəinki Fransanın, İtaliyanın və ya Almaniyanın münasibəti. Amma Aİ sanksiyaları uzadır – bu hər 6 aydan bir baş verir – ölkələr bu məsələdə vahid mövqedən çıxış edirlər. Mən, Aİ-ni müdafiə edəcəm. Hansısa mənada bu, «modu operandi»dir, bundan artığına nail olmaq mümkün deyil» – deyə, deputat təəssüflə bildirib.

Digər Polşalı siyasətçi Pavel Zalevskinin sözlərinə görə, Rusiyaya yönəlik sanksiyalar çox «ağrıdıcıdır» .
«Onlar məqsədli şəkildə beynəlxalq hüququ pozanlara qarşı yönəldilib, Donbasdakı cinayətlərə görə, həm də Rusiyanın gücünə dəlalət edən şirkətlərə qarşı məsuliyyət yükü var. «Şimal axını – 2» layihəsinə investisiya qoymaq indi sual işarəsi altındadır və bu, ABŞ sanksiyaları ilə bağlıdır. Qərb dünyası birgə fəaliyyət göstərməlidir… Ancaq biz gözləməməliyik ki, Rusiya diz çökəcək. Sanksiyalar onun rəmzidir ki, Qərbin sivilizasiyalı dövlətlərinin cəmiyyəti Ukraynaya qarşı təcavüzü qəbul etmir» – deyə, polşalı siyasətçi bildirib.
Maraqlıdır, dünyada belə bir siyasi mühitin hakim olduğu indiki mərhələdə bəzi postsovet ölkələri hansı ağılla, hansı ümidlə Rusiyanın arxasınca sürünməkdədirlər? Rusiya ilə vidalaşmağın, azar-bezardan uzaq durmağın vaxtı deyilmi?

AzPolitika.info

araz.az xəbər portalı.