Bu gün ölkənin təhsil sistemində çalışan bəzi məmurlar sadəcə dövlətimizin təhsil strategiyasının ziddinə gedə bilmədikləri üçün üzdə bu islahatları dəstəkləyir, əslində isə onları iflasa uğratmaq üçün var qüvvələri ilə çalışırlar. Bəs görəsən, hansı səbəbdən bu mütərəqqi proseslərin həyata keçirilməsinə görə məsul olan vəzifələrə, bəzən onları əngəlləyəcək insanlar təyin olunurlar? Belələrinin əməlləri açıq-aşkar islahatların əleyhinə yönəldiyi halda, onları heç kəs cəzalandırmır. Belələrindən biri də Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun “korşalmış baltası” sayılan Əliqulu Quliyevdir. Əliqulu Quliyev GDU-da təhsilimizin, millətimizin qəsdinə duran baltadır. Universitetdə hamı onun Sankt-Peterburq şəhərində yaşayan qızının ərinin erməni olduğunu bilir. Təhsil Nazirliyinin nəzərlərindən iraq, yazıq təhsilimiz gör kimlərin əlində boynubükük qalıb, bildirən şikayətçilər redaksiyaya müraciət ünvanlayıb. Azerinews.org həmin müraciəti olduğu kimi təqdim edir:
“Rektor Ə. Quliyevi Etika komissiyasının və Tədrisə nəzarət komissiyasının sədri təyin etmiş və professor olmaya-olmaya GDU-nun fəxri professoru adini vermişdir. Halbuki elmi adlar Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilir. Əslində bu elm oğrusu rəhmətə getmiş Aga müəllimin elmi əlyazmalarını ogurlayıb öz adına kitab kimi ( “Riyazi məntiq və alqoritmlər nəzəriyyəsi”, “Bul cəbri və alqoritmlər nəzəriyyəsi”) nəşr etdirmişdir. Universitetdə açıq dərslər zamanı bu adamın ixtisası olmasa belə dərsin gedişində pedaqoji etikaya zidd olaraq tələbənin yanında müəllimə irad tutub,onun dediklərinə “düzəliş” edir,hətta bəzi hallarda markeri əlinə götürüb istehza ilə müəllimin əvəzinə dərs də keçir,dillənən müəllimləri isə açıq dərsinə qiymət yazmayacağı ilə hədələyir.
Ə.Quliyev hələ dekan işlədiyi vaxtda öz fakültəsinin işçisi Nazlı adlı xanımla (o, hazırda fakültədə operator işləyir) öz kabinetində biabırçı eşq səhnəsı yaşayarkən binanın komendantı tərəfindən yaxalamışdılar. Bunu universitetin 2-ci korpusunda hamı bilir. 1987-1988-ci illərdə o, riyaziyyat fakültəsinin tələbə həmkarlar təşkilatının sədri olan Şəhla adlı tələbə qızı zorlamışdı. Verdiyi rüşvətin hesabına canını qurtardı, həmin qız isə hal-hazırda Gəncədəki mötəbər şəxslərdən birinin həyat yoldaşıdır. Amma indi bu adam bu gözəl kollektivə etika öyrədir. Görünür, nahaq yerə deməyiblər: “Müsibət oluruq biz, səhv düşəndə GDU-dakı yerlərimiz”.
Hələ bir müddət bundan əvvəl bu adam koridorlarda hamiya fəxrlə yalandan deyirdi: “getdim Bakiya universitetdən yazan saytlarin ağzına p….. qoydum. Mətbuat şurasına verib 4 saytı bağlatdım”. Bu adamın etikası, tərbiyəsi dediyi bu sozlərdən görünür ki, hansı səviyyənin sahibidir. Bildirək ki, bu adam hələ cavan vaxtı GDU-da muəllim işləyəndə pambıq yıgımı zamanı daha bir tələbəsini də zorlamışdı. Əliqulu Quliyevin toy günü qarabəxt eylədiyi bəyin ad-familiyasını da Sizə yazırıq. Bu bəy, Gəncə şəhər sakini Əhmədov Nadir Ramazan oğludur. Gəlinin adını isə etik səbəblərə görə yazmırıq,onu universitetdə hamı tanıyır.Toy gecəsi gəlinin başını qırxıb döyə-döyə atası evinə qaytardılar. O vaxt ekspertiza ilə və qızın ifadəsi ilə bunun öz müəllimi Əliqulu tərəfindən edildiyi tam sübut olundu. Qız riyaziyyat fakültəsinin tələbəsi idi və 1980-ci illərin pulu ilə 70.000 manat pulla Ə.Quliyev canını zorla qurtardı. Hələ 1964-cü ildə Yevlax rayonunun Xaldan kəndində orta məktəbdə müəllim işləyəndə də öz şagirdini zorlama və xuliqanlıq üstündə həbs olunmuş və bir neçə il həbsdə yatmışdı. Amma hansısa naməlum sehrli əlin sayəsində həbsdən çıxıb yenidən pedaqoq oldu və həmin Ə.Quliyev indi GDU-da ETİKA KOMİSSİYASİNA SƏDRLİK EDİR. Bu adamı hamı taniyir və universitetin adına ləkə gətirir. 5-6 il bundan qabaq öz işçisı ilə öz kabinetində intim münasibətdə olan, tələbələrini zorlayan bir qadın düşkünü olan manyak ziyalı kollektivinə necə etika öyrədə bilər?!
Bir necə il bundan əvvəlin söhbətidir. Əliqulu müəllim dekan seçilmək istəyirdi. Namizədlər isə İqtisad Universitetinin Zaqatala filialıinin indiki direktoru Orucəli Rzayev və Əliqulu Quliyev idi.Gəncə Dövlət Dram Teatrında kecirilən tədbir zamani Əliqulu müəllimin gətirdiyi keçmiş məhbəs yoldaşları – “vor zakonlar” orada tədbirdə iştirak edən keçmiş rektor Məmmədov Elman İdris oglunu hədələyərək dedilər ki, Əliqulu dekan seçılməlidir. Deyilənə görə, Elman müəllim də qorxusundan onu dekan seçdirib.
Hələ bir dəfə Əliqulu riyaziyyat kafedrasının müdiri Nadir Novruzovu universitetdə başindan ölümcül olaraq beşbarmaqla vurmuşdu. GDU-da işləyən yaşlı və orta yaşlı nəsil hamısı bunu bilir. Nadir müəllim bir müddət xəstəxanada yatdı. Bir dəfə də GDU-nun kecmiş rektoru, professor Həsənbala Sadıqovu gedib kabinetində vurmaq, döymək istəmişdi. Bunun xuliqanlığının qarşısını alan yoxdur. Bu vərəm xəstəsidir, bunu əsas tutaraq keçmiş rektor H.Sadıqov onu universitetdən qovmuşdu, lakin sehrli əllər onu yenidən işə bərpa etdib. GDU-da hamı onu da bilir ki, 1993-1995-ci illər arası onun həyət evi yananda evin damında külli-miqdarda silah- sursat tapılmışdı. Çünki, bu pedaqoq o vaxt Surət Hüseynovun,Nicat cəmiyyətinin qoçu dəstələri ilə sıx bağlı idi. Sonradan ört-basdır edilmiş həmin silah-sursat məsələsini hüquq mühafizə orqanları araşdırsalar, daha yaxşı olar.
Universitetdə görkəmli alimlərin, adlı-sanlı müəllimlərin yubileyini kecirməyə xəsislik edən Yusif Yusibov həmin Ə.Quliyevə bir neçə il bundan qabaq 75 illiklə bağlı yubiley keçirdi. Yubiley iclasında elə sözlər danışdılar ki,biz bir çox mətləblərdən xəbərsiz olduğumuzu gördük. Sən demə, “Azərbaycanda riyaziyyat elminin əsasını qondarma professor, dosent Əliqıllı Quliyev qoyubmuş”.
Universitetdə hamıya məlumdur ki, Ə.Quliyev universitetdəki vəziyyətlə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə donos verir və vaxtilə keçmiş rektor Elman Məmmədovun da quyusunu bu danoslarla qazdı.Rektor Yusif Yusibov da bu səbəbdən Əliqulu müəllimdən ehtiyat edir və onun nazı ilə oynayır.Görünür dosent Ə.Quliyevin yuxarıda sadaladığımız xidmətlərini qiymətləndirmək bu qorxu hissinin təsirindəndir.Təhsil nazirliyi isə bütün bu məsələlərdən xəbərdar olsa belə hələlik susur…
Bu adam qoca yaşında da pis əməllərindən əl çəkmir.Çünki,pislik onun xislətindədir,qanındadır.Ə.Quliyev bu yaxınlarda da işlədiyi kafedrada keçirilməli olan yeni kafedra müdiri seçkisi prosesini pozdu.Hər işdə “mənəmlik” iddiası olan Əliqulu müəllim bu prosesdə də açıqcasına deyib ki,yeni seçiləcək kafedra müdiri mənim namizədim olmalıdır. Mən “dobro” verməsəm, heç kim bu vəzifəyə seçilə bilməz.Bu sözlərdən sonra kafedra əməkdaşları arasında ikitirəlik yarandı.Nəticədə seçki prosesi baş tutmadı. Görəsən bu vaxtı keçmiş “otxod” müəllim kimə arxayın olub belə agayanalıq edir.Fakültədə Əliqulu müəllim haqqında hamının yeganə bir fikri var. Əliqulu müəllim “pislik və araqarışdırmaq simvolu”dur.
Bu yaxınlarda rəhmətə getmiş ,keçmiş kafedra müdiri olmuş Bəhramgur Mustafayev xəstəxanada can verərkən yaxın adamına deyib ki,məni Əliqulu Quliyev və Mayıl Mustafayev çərlədib öldürdülər.Bu barədə Gəncə şəhər Polis İdarəsində cinayət işi açıldı və təhqiqat gedir.
Təhsil Nazirliyində şöbə müdiri olan İlham Mustafayev vəzifədən çıxdıqdan sonra Bəhramgur müəllimə bu iki qoca müəllimlər daim təzyiq edərək,onu dəfələrlə təhqir ediblər,onun barəsində insanlığa sığmayan şər və böhtanlar atıblar.Nəticədə isə Bəhramgur müəllim üçün universitetə təcili yardım maşını çağırıldı və o, xəstəxanada rəhmətə getdi.Belə insanların böyük bir universitet kollektivində işləməyi təhlükəlidir. Çünki,Əliqulu Quliyev və Mayıl Mustafayev Bəhramgur müəllimdən sonra onların diqtəsi ilə oturub durmayan növbəti qurbanlıq axtarırlar.
Son günlərdə Səhiyyə Naziri O.Şirəliyev ölkəmizdə ağ ciyər vərəmi xəstəliyinin artdığından narahatlığını bildirmişdir.Bu xəstəliyə el arasında “çuxotka” deyilir.Bu yaxınlarda isə Respublika Ağ Ciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun direktoru Həqiqət Qədirova və Mərkəzi Vərəm Dispanserinin baş həkimi Yavər Şıxəliyev belə xəstələrin tədris müəssisələrində işləməsinin qeyri-qanuni olduğunu bildirərək,onları iş yerlərindən kənarlaşdırmağın vacib olduğiunu bildirmişdi.
Əliqulu Quliyev uzun müddətdir ki, “çuxotka” xəstəliyindən əzab çəkir.Belə bir insanın universitetdə 50-80 tələbənin qarşısında mühazirə oxumağı nə dərəcədə doğrudur…?”
Azerinews.org-a müraciət edən kafedra müəllimləri “Vay riyaziyyat fakültəsinin tələbələrinin halına…Onların gənc yaşlarında hava ilə yayılan bu xəstəliyə tutulma riski çox böyükdür… Biz bu şəxslə bir kafedrada işləmək belə istəmirik,dəfələrlə rəhbərliyə də demişik.Bu adam hamının əsəblərini tarıma çəkib.Rektor isə sanki bu böyük narazılıqları görmür…” deyə bildiriblər.
Qarşı tərəfidə dinləməyə hazırıq
araz.az xəbər portalı.