Köçəryan Ermənistanda 1998-ci ildəki prezident seçkiləri zamanı əsas şanslı namizəd Karen Dəmirçiyana verilmiş səslərin bülletenlərini məhz Göycə gölündə məhv etdirib…
Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryan kiçik oğlu Levon Köçəryanla 100 ildən çoxdur erməni işğalı altında qalan Göyçə gölündə istirahət edib.
Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, bu haqda Azərbaycan torpaqlarının işğalının ən fəal təşkilatçı və icraçılarından olan Xocalı qatili R.Köçəryanın oğlu “Facebook” səhifəsində paylaşım edib.
Xatırladaq ki, ötən il Amerikanın”Azadlıq” radiosunun yaydığı məlumata görə, Ermənistanda 1998-ci ildəki prezident seçkiləri zamanı R.Köçəryan sovet dövründə bu ölkənin rəhbəri olmuş əsas şanslı namizəd Karen Dəmirçiyana verilmiş səslərin bülletenlərini məhz Göycə gölündə məhv etdirib.
Köçəryan Ermənistanda 1998-ci ildəki prezident seçkiləri zamanı əsas şanslı namizəd Karen Dəmirçiyana verilmiş səslərin bülletenlərini məhz Göycə gölündə məhv etdirib…
araz.az
araz.az xəbər portalı.