55 1585482146Koronavirus infeksiyasından sağalan xəstələr sağlamlıq vəziyyəti pis olduqda B qrupu və D vitaminlərini qəbul etməlidir.
araz.az xəbər verir ki, bu barədə kardioloq Tatyana Rıbka “Rossiyskaya qazeta” ya müsahibəsində danışıb.
Həkim həmçinin COVID-19-dan sağalanlara istirahət rejiminə riayət etmələrini və daha çox gəzmələrini tövsiyə edib. Eyni zamanda, o, xəstəliyə yeni yoluxmuş və ya soyuqdəymə simptomları olanlara dərhal həkimə müraciət etməyi məsləhət görüb.
“Müalicə rejimləri işlənib hazırlanıb, bir çox hallarda evdə özünü təcrid rejiminə riayət etməklə müalicə etmək kifayətdir. Biz həkimlər yüzlərlə xəstə gördük: COVID-19-dan lazımi müalicə olunan insanlarda xəstəliyin uzunmüddətli nəticələrinin yaranma riski minimaldır” , – həkim qeyd edib.
Koronavirus pandemiyasının davam etdiyini deyən kardioloq həmçinin vətəndaşları bütün təhlükəsizlik tədbirlərinə riayət etməyə və maskaları unutmamağa çağırıb.

araz.az

araz.az xəbər portalı.